Tədbirlər

Milli Səhiyyə Forumu

16 iyun 2018-ci il tarixində PROAKTİV şirkətinin təşkilatçılığı, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə ölkəmizdə ilk Milli Səhiyyə Forumu təşkil olunub. Forum Ulu Öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il qeyd olunan 17 iyun-Tibb işçilərinin Peşə Bayramına həsr edilib.

Layihənin məqsədi dövlət və özəl sektorda tibb sahəsində çalışan həkim, tələbə və rezidentləri toplayaraq bu önəmli günü təntənəli qeyd etmək, eyni zamanda tibb sahəsindəki ən son yeniliklərin müzakirə olunması üçün yeni müstəvi yaratmaqdır.

Milli Səhiyyə Forumunda “Sağlam Ailə” Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli “Laborator diaqnostikada yeniliklər və keyfiyyətə nəzarət" mövzusunda çıxış edib.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi