Tədbirlər

" Qan veririk ki, yaşadaq"

Bu gün bütün dünyada yayılan Koronavirus pandemiyasına yoluxma hallarının statistikası təəssüf ki, ölkəmizdə də hər gün artmaqdadır. Bu problemlə mübarizə aparmaq və onun qarşısını almaq məqsədilə hazırda respublikamızda ciddi karantin rejimi tətbiq edilib. Virusdan qorunmaq üçün insanların daha çox evlərində qalması virusa yoluxma hallarının azalması üçün vacib şərt olsa da, bu digər tərəfdən minlərlə talassemiyalı uşağa donor dəstəyinin ciddi şəkildə azalmasına səbəb olub. Bu səbəbdən, 10 aprel 2020-ci il tarixində Sağlam Ailə Tibb Mərkəzinin əməkdaşları və digər könüllü şəxslər xüsusi karantin rejiminin qaydalarına riayət edərək talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə Milli Hematologiya ve Transfuziologiya Mərkəzi- Qan Bankına donor qismində qan bağışlayıblar.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq. Qeyd etmək istərdik ki, qan bağışlamaq tam təhlükəsiz bir prosesdir, donor olmaqdan çəkinməyək. Çünki talassemiyalı uşaqlar bizim qanımızı gözləyir. Qan verək ki, onların həyatlarını xilas edərək yaşadaq. #bizbirlikdəgüclüyük00

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi