Tədbirlər

Tələbə Təcrübə Proqramı

14 noyabr 2013-cü il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) reallaşdırdığı Tələbə Təcrübə Proqramının təqdimat mərasimi keçirilib.

ATGTİ-nin həyata keçirdiyi Tələbə Təcrübə Proqramı dövlət və özəl şirkətlər ilə əməkdaşlıq edərək, tələbələrin bir çox müəssisələrdə təcrübə keçməsini təmin edir. İndiyə qədər ATGTİ tərəfindən keçirilən təcrübə proqramlarında 60-dan çox tələbə iştirak edib.

Qeyd edək ki, tədbirdə ATGTİ-nin sədri Şahin İsmayilov, Gənclər və İdman Nazirliyi, Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nigar Rüstəmli, “Təmiz Şəhər” ASC, eləcə də 70-ə yaxın özəl və dövlət qurumlarının nümayəndələri iştirak edib.