Səyyar müayinələr

Ağsu şəhəri

“ASAN Xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə 7 noyabr 2017-ci il tarixində Ağsu şəhərinin sakinləri üçün tibbi müayinə aksiyası təşkil olunub.Aksiya şəhər mərkəzində yerləşən Heydər Əliyev Mərkəzində gerçəkləşdirilib.

Sağlamlığın etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilməsi və vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan tibbi müayinələrdə 400 nəfərdən çox rayon sakini iştirak edib.

Sakinlər terapevt, endokrinoloq, kardioloq, ginekoloq, dermatoloq, pediatr, oftalmoloq, cərrah, LOR, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən keçib.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi