Səyyar müayinələr

Binə qəsəbəsi

7 sentyabr 2017-ci il tarixində “Xəzər Rayon” İcra Hakimiyyəti və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Binə bələdiyyəsində sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilmişdir.

Aksiya zamanı 271 sakin pulsuz olaraq terapevt, ginekoloq, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ müayinələrindən keçib. Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir vətəndaşa “Qanın kliniki analizi” üçün xüsusi kupon verilib.

Sağlamlığın qorunması istiqamətində Sağlam Ailə Tibb Mərkəzinin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı təşkil etdiyi aksiyalar insanların sağlamlığının klinika rəhbərliyi və həkim heyəti üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Keçirilən aksiyada əsas məqsəd xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etmək olub.