Səyyar müayinələr

Göygöl rayonu

Azərbaycan Respublikasının sosial yönümlü siyasətinə uyğun olaraq ölkədə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə görülən işlərin əsas məqsədi əhaliyə zəmanətli tibbi xidmət göstərilməsi və xəstəliklərin profilaktikası yolu ilə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasıdır.

Məhz bu məqsədlə 28 oktyabr 2017-ci il tarixində “ASAN Xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində 550-ə yaxın vətəndaş ödənişsiz şəkildə terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən keçib.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi