Səyyar müayinələr

Kürdəxanı və Pirşağı qəsəbələri

“Sabunçu Rayon İcra Hakimiyyəti” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Kürdəxanı və Pirşağı sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.

Aksiyaya əsasən 381 nəfər sakin ödənişsiz şəkildə terapevt, endokrinoloq, USM, kardioloq, oftalmoloq, LOR, pediatr və ginekoloq müayinələrindən keçib. Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir vətəndaşa “Qanın kliniki analizi” üçün xüsusi kupon verilib.

Aksiyada müayinədən keçən sakinlər, onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədilə keçirilən bu aksiyanı yüksək qiymətləndirərək, həkim heyətinə minnətdarlıqlarını bildiriblər.