Səyyar müayinələr

Lənkəran şəhəri

11-12 fevral 2018-ci il tarixində “ASAN Xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatı ilə Lənkəran şəhərində ödənişsiz tibbi müayinə aksiyası keçirilib.

Aksiya çərçivəsində 350 nəfər endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən keçib.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etmək olub.