Səyyar müayinələr

Ucar rayonu

17 oktyabr 2017-ci il tarixində “ASAN Xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatı ilə Ucar rayonunda ödənişsiz tibbi müayinə aksiyası keçirilib.

Aksiya çərçivəsində 450 nəfər endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən keçib.

Vətəndaşların sağlamlığının qorunması, tibb xidmətinin keyfiyyətinin yüksəldilməsi Sağlam Ailə Tibb Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Təşkil olunan aksiyalar çərçivəsində müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında müalicə olunmasına xidmət edir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi