О нас

АдминистрацияКарьераЛицензии и наградыИстория развития

ISO:15189:2013

Keyfiyyət siyasətinin məqsədi “Sağlam Ailə” MMC-nin  Tibbi Laboratoriyasında laborator  müayinələrin aparılması  üçün  laboratoriyanın səriştəliliyini təmin etməkdir.

Keyfiyyət siyasətinin hazırlanmasının başlıca  məqsədi laborator  xidmətlərdə yüksək keyfiyyəti və müayinə  nəticələrinin izlənilməsini təmin etməklə  obyektiv nəticələrin əldə edilməsi və  buninla da   qeyri-dəqiq nəticələrdən  sığortalanmaqdan ibarətdir.

Laboratoriyanın rəhbərliyi  Laborator xidmətləri  İSO 15189 ”Tibbi laboratoriyalar. Keyfiyyət və səriştəliliyə olan tələblər” Beynəlxalq Standartının tələblərinə uyğun qurmaqla  keyfiyyətli xidmət göstərməyi öhdəlik olaraq üzərinə götürür.

Bununla əlaqədar olaraq Laboratoriyanın  rəhbəri  tərəfindən aşağıdakı hədəflər müəyyən edilmişdir:

  • Laboratoriyada göstərilən xidmətlərin  İSO 15189 standartının tələblərinə uyğun aparılmasını təmin etmək;
  • Göstərilən laborator xidmətlərin  keyfiyyətini sabit saxlamaq üçün nəticələrin izlənilməsini həyata keçirmək;
  • Xidmətlərin göstərilməsinə  cavabdeh olan personalın peşəkarlıq səviyyəsini daim artırmaq və onların potensial imkanlarından istifadə etmək;
  • Laboratoriyanın fəaliyyəti ilə bağlı bütün normativ sənədlərin tələblərini yerinə yetirmək;
  • Müayinələrin yüksək keyfiyyətini təmin etmək üçün laboratoriyanın lazımi cihaz və avadanlıqlarla təminatını təşkil etmək;
  • Laborator müayinələrin spektrinin genişləndirilməsi və müayinə çeşidlərinin artırılması ilə keyfiyyət göstəricilərinin yüksəldilməsini təmin etmək;
  • Bütün proseslərin təkmilləşdirilməsi  də daxil olmaqla  İdarəetmə Sisteminin səmərəliliyini davamlı olaraq  artırmaq;
  • Laboratoriya  tərəfindən göstərilən xidmətlərin  keyfiyyətini  və etibarlılığını təmin etmək;
  • Prosesləri tam avtomatlaşdırmaq;
  • Xidmətin  göstərilməsi zamanı ehtimal olunan  riskləri  müəyyən etmək   və onların təsir gücünün  azaldılması istiqamətində  tədbirlər görmək;
  • Laboratoriyanın xidməti proseslərini ümumi  İdarəetmə  prinsiplərinə uyğun təşkil etmək;
  • Müştərilərin tələblərini hərtərəfli öyrənmək, göstərilən xidmətlərin keyfiyyətini müştərilərin tələb və təkliflərinə uyğun olaraq daim yüksəltmək;
  • Yüksək hazırlıqlı, motivasiya edilmiş və gülərüz personal tərəfindən peşəkar xidmət göstərmək;
  •   İdarəetmə  Sistemini fasiləsiz təkmilləşdirmək və İSO 15189 Beynəlxalq standartının tələblərinə uyğunlaşdırmaq  yolu ilə  göstərilən  xidmətləri stabil keyfiyyətlə təqdim etmək.              
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi