Креатинин (в крови) (Creatinine)

13 Azn

Kreatininfosfatın son çevrilmə məhsuludur, əzələ və digər toxumaların enerji mübadiləsində iştirak edir. Kreatinin sintezi əsasən əzələ toxumasında baş verir. Əzələ yığılması nəticəsində kreatininfosfatın  parçalanması və kreatinin əmələ gəlməsi baş verir.

Kişilərdə əzələ kütləsinin çox olması ilə əlaqədar kreatinin də miqdarı qadınlara nisbətən yüksək olur. Kreatinin böyrək yumaqcıqlarında filtrasiya olunur, reabsorbsiya olunmur və kanallarda sekresiya olunmur. Ona görə də kreatinin miqdarının yüksəlməsi adətən  yumaqcıq filtrasiyasının və böyrəklərin ifrazat funksiyasının azalmasından xəbər verir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
  • Böyrəklərin vəziyyətinin diaqnostikası
  • Eninəzolaqlı əzələlərin  xəstəlikləri

Kreatinin səviyyəsinin yüksəlməsi

  • Kəskin və xroniki böyrək çatışmazlığı
  • Akromeqaliya və gigantizm
  • Şüa xəstəliyi
  • Hipertireoz
  • Dehidratasiya
  • Qidalanmada ət məhsullarının çoxluğu
  • Nefrotoksik preparatların qəbulu

Kreatinin səviyyəsinin azalması

  • Aclıq, əzələ kütləsinin azalması
  • Kortikosteroidlərin qəbulu
  • Hamiləlik (xüsusilə 1ci və 2ci trimestr)
  • Vegeterian pəhrizi
  • Miodistrofiya