Инсулинорезистентность

27 Azn

İnsulinə rezistentlik diabet və ürək-damar patologiyalarının inkişafı riski ilə assosiasiya olunur.  HOMO-İR indeksi metabolik sindromun diaqnostikasında baza kriteriyalara daxil olmasa da əlavə laborator müayinə kimi istifadə olunur. Qlükoza göstəricisi  7 mmol/l-dan az olan pasiyentlərin şəkərli diabet riskinin hesablanmasında HOMO-İR tək qlükoza və ya insulinə nisbətən daha informativdir. İnsulinə rezistentliyin pozulmasına daha çox xroniki Hepatit C zamanı rast gəlinir.  Belə pasiyentlərdə müalicəyə cavab daha zəif olur, ona görə də insulinə rezistentliyin korreksiyasına müalicə hədəflərindən biri kimi baxılır.  Qaraciyərin qeyri-alkoqol steatozu zamanı da insulinə rezistentliyin yüksəlməsi müşahidə olunur.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Müayinədən əvvəl fiziki gərginlik,  bilavasitə müayinə öncəsi psixoemosional gərginlik və alkoqol qəbulu olmamalıdır.
  • Piylənmə, metabolik sindrom, yumurtalıqların polikistozu sindromu, xroniki hepatit C,  diabetli xəstələrin insulinərezistentlik dianmikasının qiymətləndirilməsi və monitorinqi
  • Ürək-damar xəstəlikləri və diabet riskinin qiymətləndirilməsi

HOMO-İR yüksəlməsi müvafiq olaraq insulinə rezistentliyin yüksəlməsini və şəkərli diabetlə ürək-damar xəstəlikləri riskinin artdığını göstərir.