Sərbəst T4 (tiroksin) zülal sintezinin ən vacib stimulyatorlarından biridir.  Qalxanabənzər vəzinin  follikulyar hüceyrələri tərəfindən TSH nəzarəti altında sintez olunur.   Sərbəst T4 maddələr mübadiləsini sürətləndirir, istilikəmələgəlmə və orqanizm tərəfindən oksigen istifadəsini artırır (istisna beyin, dalaq və yumurtalıqlar/xayalar). Bu da orqanizmin vitaminlərə olan tələbatını artırır.  Qaraciyərdə A vitamini sintezini stimulə edir.  Qanda xolesterin və triqliseridlərin miqdarını azaldır, zülal mübadiləsini tezləşdirir.  Kalsiumun sidiklə ekskresiyasını sürətləndirir, sümük toxuması mübadiləsini aktivləşdirir.

Gün ərzində tiroksinin maksimal aktivliyi 8.00-12.00 rası müşahidə olunur.  Qadınlarda kişilərə nisbətən tiroksinin miqdarı aşağı olur. Hamiləlik zamanı miqdarı yüksələrək 3-cü trimesterdə maksimal səviyyəyə çatır.  40 yaşından sonra hər iki cinsdə tədricən miqdarı azalır. 

Adətən (qalxanabənzər vəzi ilə əlaqəli olmayan)  ağır xəstəliklər zamanı belə T4 səviyyəsi norma daxilində olur. T4 miqdarının yüksək miqdarına serumda bilirubin miqdarının yüksəlməsi, piylənmə və qan götürən zaman jqut qoyulması səbəb ola bilər.

  • Analizlər dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
  • Səhər 8-14 saat aclıqdan sonra analiz verilməlidir (su içmək olar)
  • Yüngül qida qəbulundan 4 saat sonra analiz verilə bilər.
  • Dinamikanın kontrolu üçün analiz həmişə eyni  vaxtda verilməlidir.
  • Qalxanabənzər vəziyə olan hər-hansı bir müdaxilə analizin nəticəsinə təsir edə bilər (tireoid hormonların qəbulu, yodtərkibli preparatlar, cərrahi müdaxilə, radioterapiya)
  • Yüksək və ya aşağı  TSH səviyyəsi
  • Diffuz toksiki zob zamanı kontrol müayinə
  • Hipotireoz və ya tireotoksikozun kliniki mənzərəsi

SərbəstT4 səviyyəsinin yüksəlməsi

  • Toksik zob
  • Tireodit
  • Tireotoksik adenoma
  • Tireoid hormonlara rezistentlik sindromu
  • Hipotireodizm
  • Xoriokarsinoma
  • Nefrotik sindrom
  • Piylənmə
  • Heparinlə müalicə cə sərbəst yağ turşularını yüksəlməsi ilə bağlı olan xəstəliklər
  • Yüksək IgG olan mielomalar
  • Qaraciyərin xroniki xəstəlikləri
  • Porfiriya

Sərbəst T4 səviyyəsinin azalması

  • Birincili hipotireoz (anadangəlmə, endemik zob, autoimmun tireodit, qalxanabənzər vəzidə neoplastik proseslər)
  • Ikincili hipotireoz (Şixan sindromu, hipofizin iltihabı prosesləri)
  • Üçüncülü hipotireoz ( beyin tarvması, hipotalamusun iltihabı prosesləri)
  • Dərman qəbulu – triyodtironin, metimazol, propiltiourasil, qlikokortikoidlər, vərəməleyhinə dərmanlar,  göbələk əleyhinə dərmanlar, hipolipidemik dərmanlar, QSİD,  androgenlər, qıcolma əleyhinə dərmanlar, furosemid
  • Zülal və yod çatışmazlığı ilə müşahidə olunan pəhriz
  • Qurğuşunla kontakt
  • Cərrahi əməliyyat
  • Piylənmə olan qadınlarda çəkinin kəskin azalması
  • Heroin istifadəsi