Məqalələr

Qarında ağrı

Qarın ağrısı Qarın ağrısı kəskin və xroniki ola bilər. Şiddətli, kəskin qarın ağrısı, o cümlədən perforasiya, peritonit, bağırsaq, öd, damar və digər yolların obstruksiyası daxil olmaqla təcili cərrahi əməliyyat üçün göstəriş ola bilər.

 

Qarın ağrısının səbəbindən, ağrının hansı nayhiələrə yayılmasından, kliniki vəziyyətdən asılı olaraq daha çox rast gəlinən səbəblər

•    Epiqastral nahiyədə ağrı: peptik xora xəstəliyi, qastrit və on iki barmaq bağırsağın eroziyası, xolesistit, pankreatit, erkən appendisit

•    Göbək ətrafı: pankreatit, mezenterial arteriyanın işemiyası (müxtəlif damar xəstəlikləri olan yaşlı pasyientlər)

•    Sağ yuxarı kvadrant: öd yolların kolikası, xolesistit, hepatit, peptik xora

•    Sol yuxarı kvadrant: dalaq, peptik xora

•    Bel ağrısı: böyrək koliki (radiasiya bel→qasıq), piyelonefrit, böyrək patologiyası

•    Sol çanaq batığı: qəbizlik, divertikul xəstəliyi, ”əsəbi” bağırsaq sindromu, çanaq ağrısı, iltihablı bağırsaq xəstəliyi

•    Sağ çanaq batığı: appendisit, çanaq ağrısı, iltihablı bağırsaq xəstəliyi (Kron xəstəliyi)

•    Suprapubik: sidik yolların infeksiyası, sistit, salpingit

•    Ümumiləşmiş ağrı: qastroenterit, ”əsəbi” bağırsaq xəstəliyi, qəbizlik, peritonit, mezenterial adenit

 

Digər səbəblər

•    Metabolik pozulmalar: diabetik ketoasidoz, hiperkalsemiya, Addison xəstəliyi, porfiriya, qurğuşun ilə zəhərlənmə

•    Atipik yayılan ağrı: miokardın infarktı, pnevmoniya

 

Müayinələr

•    Qanın ümumi analizi

•    Kreatinin, sidik cövhəri, sidik turşusu, kalium, natrium, xlor

•    Qlükoza plazmada

•    Pankreatik amilaza və lipaza

•    Sidiyin ümumi analizi

•    Qara ciyər testləri (ALT, AST, QQT, Qələvi fosfataza, Ümumi bilirubin, Albumin)

•    Qarın boşluğunun rentgeni

•    Böyrəklərin, sidik axarlarının, sidik kisəsinin rentgeni

•    Qarın boşluğun ultrasəs müayinəsi