Kosmetologiya

Kosmetologiya - insan orqanizminin estetik problemləri, onların səbəbləri, simptomları və korreksiya metodları ilə məşğul olan bir sahədir. Müasir kosmetologiya  müxtəlif sahələri özündə cəmləştirir : dermatologiya, fizioterapiya, bərpa təbabəti, kosmetoloji kimya və s. aid etmək olar.

Kosmetologiyanın 2 növü var : terapiya və cərrahiyə.

Tevapevtik kosmetologiya aid olan metodlar aşağıdakılardı:

  •  Dərinin kosmetoloji maddələrlə  təmizlənməsi ,qidalandırılması,nəmləndirilməsi ;
  •  Müxtəlif massajlar ;
  •  Dərialtı İnyeksiyalar  (mezoterapiya,botulinoterapiya və s.);
  •  Fizioterapiya  (lazer terapiya,foto terapiya,elektrik cəryanla stimulyasiya);

Cərrahi kosmetologiya —kosmetoloji problemlərin cərrahi metodlarla həlli növüdü.

Kimyəvi pilinq

Bir və ya daha çox kimyəvi soyucu maddənin dəriyə tətbiq olunması zamanı dəridə soyulma baş verməsi prosesi kimyəvi pilinq adlanır. Soyulma prosesindən sonra dəri sağalır və yenilənir.

Kimyəvi pilinqin 3 növü var: səthi, orta və  dərin

Pilinq prosedurasında aşağıda sadalanan maddələr və ya onların qarışımlarından istifadə olunur: Alfa hidroksi turşuları (meyvə turşuları olaraq da adlandırılan, qlikolik, laktik və s. ), Beta hidroksi turşusu olan salisil turşusu, TCA pilinqi, Fenol pilinqi,  Retinoid pilinqi, Jessner pilinqi.

Kimyəvi pilinqin nəticələri əsasən bunlardı:  ləkələrin aradan qaldırılması, qırışların yox edilməsi, yara və sızanaq izlərinin itirilməsi, lazer proseduralarının effektivliyinin artması, daha parlaq və gənc dəri, qidalandırıcı və nəmləndirici serumların, kremlərin və maskaların daha dərin qatlara çatmasına imkan yaradır.

Mezoterapiya

Mezoterapiya - vitaminlər, mikroelementlər, aminoturşular, dərman preparatları və qarışımların (kokteyllərin) intradermal və ya subkutan ( dəri içinə və altına) inyeksiya metodudur. Aktiv maddələr təyin olunmuş nahiyəyə xüsusi inyeksiya üsulu ilə yeridilir və rezervuar yaradaraq güclü təsir göstərir. Mezoterapiya dərinin daha canlı və təravətli olmasına səbəb olur.

Mezoterapiyanın nəticələri: üz, boyun, sinə və digər nahiyələrdə dərinin gəncləşməsi, nəmlənməsi və qidalanması, antioksidant effekti, iltihabın qarşısının alınması, dəridə qan dövranının və mübadilə proseslərinin aktivləşməsi, saç tökülməsinin müalicəsi, saçların sıxlığının bərpası, sellülitin və dəri dartılmalarının müalicəsi, lokal yağların əridilməsi (lipoliz), ləkələrin müalicəsi, yara və sızanaq izlərinin müalicəsi və aradan qaldırılması, göz ətrafı göyərmə və qırışlarla mübarizədə effektiv bir vasitədir.

Trombositlərlə zəngin plazma

PRP terapiyası – şəxsdən götürülən qanı xüsusi proseslərdən keçirdikdən sonra, əldə edilən trombositlər, böyümə faktorları, sitokinlər və digər aktiv komponentlərlə zəngin plazmanın inyeksiya edilməsidir. PRP terapiyası dermatologiyada, ortopediyada, cərrahiyyədə və digər sahələrdə istifadə olunur.

PRP terapiyasının təsirləri: yara sağalmasının tezləşdirilməsi;  kollagen, elastin və hialuron turşusunun sintezinin artması, toxumaların bərpası və gəncləşməsi; yeni və sağlam damarların yaranması; toxumaların qidalanması və canlılıq qazanması; yaşlanmanın qarşısını alınması; piqmentasiyalara qarşı mübarizə; gözətrafı problemlərin aradan qaldrılması; dəri dartılmalarının müalicəsi; dərinin hamar və sağlam görünüş qazanması.

Botoks

Botulinum toksini bakteriyalardan əldə edilən bir maddədir. Tibbin bir çox sahələrində (nevrologiya, cərrahiyyə, oftalmologiya və s.) o cümlədən, dermatokosmetologiyada da istifadə olunur. Botoks inyeksiyaları mimik əzələlərin aktivliyini azaldaraq alın, qaşların arası, göz və ağız ətrafı, üzün alt qismi və boyunun hiperdinamik qırışlarının aradan qaldırılmasında effektiv bir vasitədir. Botoks, tez-tez tərləyən insanlarda tərləməni mükəmməl bir şəkildə azaldaraq normal həyat tərzi davam etməyə imkan verir.

Botoks inyeksiyalarının nəticələri: qırışlar açılır, üz silueti arzu edilən şəkildə olur, daha gənc və gözəl görünür, qaşların və burun ucunun qalxmasına imkan yaradır, tərləmənin qarşısı alınır (üz, qoltuqaltı, əl içi, ayaqaltı və bədənin digər nahiyələrində).

Dolğu inyeksiyaları

Qadınlar özlərini hər zaman daha gözəl və gənc görmək istəyir. Botoks inyeksiyalarından əlavə, dolğu inyeksiyaları arzularına çatmaqda xanımlara dəstək olur. Bu metod, cərrahi metodlarla müqayisədə daha sərfəli və təhlükəsiz, əks təsirləri az olan və sosial həyatdan uzaq qalmağı tələb etməyən bir metoddur. Hal-hazırda tərkibində hialuron turşusu olan preparatlar daha çox istifadə olunur. Bu turşu üz nahiyəsində statik qırışları aradan qaldırmaq üçün mükəmməl bir dolğu maddəsidir.

Dolğu inyeksiyalarının nəticələri: qırışların aradan qaldırılması; dodaqlara ideal forma, canlılıq və təbii dolğunluğun verilməsi; burun formasının düzəldilməsi; üz  siluetinin mükəmməlləşdirilməsi (yanaqlar, almacıqlar və s.);  təbii kollagen və elastin sintezinin aktivləşdirilməsi; dərinin nəm balansının bərpası və uzun müddət qorunması.

3D Mezosap liftinqi

Liftinq metodu (sap liftinqi) - dəri yaşlanmasına qarşı istifadə olunan bu metod dərinin keyfiyyətini yaxşılaşdırmağa, cavanlaşdırmağa, qravitasiya ptozuna qarşı bir vasitədir. Xüsusi metodlarla hazırlanmış saplar dəri altına yerləşdirilməklə dəri sallanmalarını aradan qaldırır.

Liftinq metodunun nəticələri: gənc və düzgün üz konturları yenidən qurulur, qravitasiya ptozunun qarşısı alınır, qırışlar açılır, üz, boyun və sinə nahiyəsində dəri açılır və hamarlaşır, ağardıcı təsir göstərir, bədən konturlarının bərpasına imkan yaradır (qollarda, ayaqlarda, qarın nahiyəsində və digər nahiyələrdə dəri sallanmalarını aradan qaldırır), striyaları (dəri dartılmalarını) müalicə edir.

Vektor liftinqi

Vektor liftinqi- hialuron turşusu bazında fillerlərin dərinin alt nahiyəsinə xüsusi metod və sxemlərlə yeridilməsidir. Vektor liftinqi nəticəsində dəridə sallanma və qırışmanın qarşısını alan bir tor "hörülür". Bu prosedur üz konturunu bərpa edir və dəri uzun müddət gənc qalır.

Vektor liftinqinin nəticələri: yeni kollagen və elastin liflərinin yaranması; hialuron turşusunun səviyyəsinin artması və dərinin intensiv şəkildə nəmlənməsi; gözə çarpan liftinq effekti.

Biorevitalizasiya 

Yaş irəlilədikcə dəridə mübadilə prosesləri zəifləyir və dərinin nəm qalmasını təmin edən hialuron turşusunun miqdarı proqressiv olaraq azalır. Dəri quru, cansız və mat bir görünüş alır. Biorevitalizasiya proseduru bunlarla mübarizədə ən təhlükəsiz və effektiv metodlardan biridir. Bu prosedur zamanı hialuron turşusu dəriyə yeridilərək nəm balansını bərpa edir, bunun nəticəsində, dəri canlı, təravətli və baxımlı görünür. Preparatın hialuron turşusu sovrulduqdan sonra belə, dəridə sintezi artırılmış hialuron turşusu dərini uzun müddətli nəmləndirmə və qoruma gücünə sahib olur.

Biorevitalizasiyanın nəticələri: səthi qırışlar açılır və dəri parlaq görünür, arıqlama və pəhrizlərdən sonra dərini reabilitasiya edir, intensiv nəmləndirmə dərini baxımlı və təravətli edir, quru və mat dəriyə tonus və canlılıq qazandırır.

Karboksiterapiya 

Karboksiterapiya - dəri altına karbon dioksid qazının vurulmasıdır. Vurulan qaz intensiv şəkildə qan və limfa dövranını artırır və mübadilə proseslərini sürətləndirir. Bunun nəticəsində oksigen, vitaminlər və mikroelementlərin lazım olan bölgələrə rahatlıqla çatmasına yol açılır. Dioksid qazının orqanizmə heç bir əks təsiri yoxdur.

Karboksiterapiyanın nəticələri: göz altı torbalar və göyərmələrin mükəmməl bir şəkildə aradan qaldırılması, üz dərisinin cavanlaşması ,liftinqi və bərpası, dəri dartılmalarının və sellülitin müalicəsi;

Saç tökülməsinin qarşısının alınmasında effektiv müalicə üsuludur.

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi