Ultrasəs müayinəsi

Ümumi məlumat Həkimlər

Ultrasəs müayinəsi (USM)  təhlükəsiz, invaziv olmayan və şüalanma verməyən müayinə metodudur. USM vasitəsilə səs dalğalarından faydalanaraq daxili orqanların görüntüsünü görmək mümkündür. 

Bu müayinə metodu vasitəsilə;

  • daxili orqanlardakı ağrı, şişkinlik və infeksiyanın səbəblərini bilmək,
  • hamilə qadınlarda dölün vəziyyətini öyrənmək,
  • körpələrdə beyin və bud-çanaq oynağının vəziyyətini qiymətləndirmək mümkündür.

Sağlam Ailə Tibb Mərkəzində aşağıdakı orqan və sistemlərin Ultrasəs müayinəsi aparılır:

  • Qarın boşluğu orqanları
  • Sidik-ifrazat sistemi orqanları
  • Yenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi 
  • Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulmetriya (transabdominal və transvaginal), süd vəziləri
  • Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal)
  • Endokrin sistem: qalxanabənzər vəzi, böyrəküstü vəzlər

Əksər nayihələrin ultrasəs müayinəsi heç bir ön hazırlıq tələb etmir, lakin  müəyyən nayihələrin şəkillərinin aydın çəkilməsi üçün bir-sıra qaydalara riayət etmək lazımdır.

  • Qarın boşluğunun ultrasəs müayinəsi 8-12 saatlıq aclıqdan sonra aparılır.  Bu qayda qarın boşluğu orqanlarının (ödkisəsi, qaraciyər, mədəaltı vəzi, dalaq) tək-tək müayinəsinə də aiddir.
  • Ginekoloji (üstdən baxış) və uroloji USM üçün sidik kisəsi tam dolu olmalıdır.
  • Ginekoloji transvaginal ultrasəs müayinəsi üçün sidik kisəsi boş olmalıdır.
  • Süd vəzilərinin müayinəsi üçün tsiklin 7-9-cu günləri tövsiyə olunur.