Ultrasəs müayinəsi

?> Ümumi məlumat ?> Həkimlər

USM  təhlükəsiz, invaziv olmayan və şüalanma verməyən  müayinə metodudur. Müayinə orta hesabla 5-30 dəq davam edir.

Usm daxili orqanlardakı ağrı, şişkinlik və infeksiyanın səbəblərini öyrənmək, hamilə qadınlarda dölün vəziyyətini, körpələrdə beyin və bud-çanaq oynağını qiymətləndirmək üçün istifadə olunan müayinədir. USM  təhlükəsiz, invaziv olmayan və şüalanma verməyən  müayinə metodudur.

Ultrasəs müayinələrinin çoxu heç bir hazırlıq tələb etmir, lakin  müəyyən nahiyələrin şəkillərinin aydın çəkilməsi üçün bir-sıra qaydalara əməl etmək lazımdır.

  • Qarın boşluğunun USM üçün  8-12 saatlıq aclıq olmalıdır.  Bu qayda qarın boşluğu orqanlarının tək müayinəsinə də aiddir: ödkisəsi, qaraciyər, mədəaltı vəzi, dalaq
  • Ginekoloji (üstdən baxış) və uroloji USM üçün sidik kisəsi tam dolu olmalıdır.
  • Ginekoloji transvaginal müayinə üçün sidi kisəsi boş olmalıdır.
  • Süd vəzilərinin müayinəsi üçün tsiklin 7-9-cu günləri tövsiyə olunur.