Sağlam cavab

Hormonal analizlər necə verilməlidir?

Hormon müayinələri üçün qan nümunələri səhər saatlarında acqarına götürülməlidir.

Qan nümunəsinin götürülməsindən öncə fiziki və emosional gərginlik, fizioterapevtik  prosedurlar, dərman preparatları (bu halda dərman qəbulunun dayandırılması qərarı müalicə həkimi tərəfindən qəbul edilir), spirtli içki və yağlı qida qəbulu yolverilməzdir

Qadınlardan qan nümunələri  müalicə həkiminin xüsusi göstərişləri olmadığı halda menstrual tsiklin müəyyən günlərində götürülür:

  • LH, FSH, Estradiol hormonları  tsiklin 2-5-ci günlərində
  • Progesteron 19-24-cü günlərində
  • 17 OH progesteron 4-5 ci günlərində  götürülməsi məqsədəuyğundur.

Prolaktin analizinin yuxudan 2 saat sonra verilməsi tövsiyyə olunur

Kortizol analizi üçün saat 10:00 a kimi yaxınlaşmaq lazımdır

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi