Медицинская информация

Clostridium Difficile toksinləri A/B analizi nədir?

Clostridium difficiale yoğun bağırsaqda iltihab (colit) yaradan bir bakteriyadır. Əlamətləri diarreyadan, həyati təhlükəli bağırsaq zədələnməsinə kimi dəyişə bilər. C.difficile xəstəliyi adətən antibiotik dərmanlarının istifadəsindən sonra baş verir. Ən çox xəstəxanalarda və ya uzunmüddətli müalicə müəssisələrində yaşlı şəxslərə təsir göstərir. Baxım müəssisələrində və ya xəstəxanada olmayan insanlarda da C.difficile infeksiyası inkişaf edə bilər. Ümumi populyasiyada olan bəzi bakteriya ştammları ciddi infeksiyalara səbəb ola bilər və ya daha çox gənclərə təsir göstərə bilər.

Əlamətləri:
Əlamətlər antibiotik qəbul etməyə başladıqdan bir neçə gün sonra inkişaf edə bilər.
• Gündə 10-15 dəfə sulu ishal
• Şiddətli ola bilən qarın ağrıları
• Sürətli ürək döyüntüsü
• Dehidrasiya
• Hərarət
• Ürəkbulanma
• Ağ qan hüceyrələrinin (leykositlərin) sayının artması
• Böyrək çatışmazlığı
• İştahsızlıq
• Qarında şişkinlik
• Nəcisdə qan və ya irin

Bakterianın diaqnostikasında nəcisdə Clostridium difficiale toksinlərinin təyini əhəmiyyətli rol oynayır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi