Медицинская информация

D-dimer analizi nədir?

D dimer qan laxtasının orqanizmdə həll olunması zamanı meydana gələn zülal hissəsir. Orqanizmdə laxta əmələ gəlib və məhv olmadığı müddətcə qanda çox az miqdarda tapıla bilir. Orqanizmdə laxta yaranıb dağıldıqca əhəmiyətli dərəcədə qanda miqdarı arta bilər.

Hər hansı toxumada və ya damarda qanaxma başladıqda hemostaz adlandırılan proses başlayır və laxta əmələ gətirərək qanaxmanı azaldır və nəticədə dayandırır. Bu proses nəticəsində fibrin adlanan zülal hissəcikləri istehsal olunur. Fibrin bir biri ilə çarpaz bağlar yaradaraq fibrin toru əmələ gətirir. Bu tor trombosit ilə birlikdə yara sağalana kimi qan laxtası əmələ gətirir.

Nə vaxt ki yara nahiyəsi sağalır, laxtaya ehtiyac qalmır, bu zaman orqanizm plazmin adlanan fermentlə laxtanı kiçik parçalara ayırır və beləliklə laxta ləğv olunur. Laxtanın tərkibində olan fibrinin parçalanmış hissələri fibrin parçalanma  məhsulları adlanır, hansılar ki fibrin torunun müxtəlif ölçülü hissələrindən ibarətdir. Bu məhsullardan biri də D-dimerdir. D dimer səviyəsi qanda çox miqdarda fibrin  laxtalarının meydana gəlməsi və dağılması zamanı əhəmiyətli dərəcədə yüksəlir.

 Orta və aşağı tromboz və trombotik emboliya riski olan şəxslərdə, laxta ehtimalının olub olmamasını dəyərləndirmək üçün D dimer analizi verilir. Nəticənin neqativ olması böyük miqdarda laxtanın olmasını inkar edir. Pozitiv olması isə laxtalanma ehtimalının olduğunu lakin laxta varsa harda olduğu haqqında məlumat vermir, əlavə instrumental müayinələrə ehtiyac olduğunu göstərir.

Qanda anormal laxtalanın formalaşması ilə əlaqəli bir neçə faktor  və şərait vardır. Bu faktorlardan ən çox rast gəlinən dərin venaların trombozudur. Ən çox ayaqların aşağı hissəsində rast gəlinən bu vəziyyətdə orqanizmdə dərində yerləşən venaların laxta(tromb) ilə tutulmasıdır. Bu laxtalar çox böyüyə və qan axını dayandıra bilər, bununla da həmini nahiyədə şişkinlik, ağrı, toxuma zədələnməsi meydana gətirir. Bu laxtaların bir hissəsinin qoparaq damarlar vasitəsi ilə bədənin başqa yerinə gətirilməsi mümkündür. Bu embol ağciyərlərə gələrək burda ağciyər emboliyası törədə bilər, hansı ki həyat üçün ciddi təhlükə yaradır.

Laxtalar ən çox ayaqlarda formalaşsa da orqanizmin digər hissələrində də rast gəlinə bilər. Misal olaraq koronar arteriyalarda laxtanın yaranması miokard infarktına səbəb olur. Həmçinin ateroskleroz zamanı damarların daralması və zədələnməsi səbəbindən böyük arterialarda da trombun əmələ gəlməsi mümkündür. Bu trpmbların hissələrinin qoparaq  beyin ( insult törədir) və böyrək kimi digər orqanların arterialarını tutur.

Hamiləlik və D-dimer

Dərin venaların trombozunun ən çox yaşandığı vəziyətlərdən biri də hamiləlikdir. Hamiləlik zamanı ifraz olunan hormonlar və qanın miqdarının artması ilə laxtalanma riski artar. Eyni zamanda hamiləliyin irəliləyən dövrlərində uşağın və ana bətninin böyüməsi nəticəsində qasıq venalarında sıxılmalar baş verir və laxtalanma riskini artırır. Hamiləliyin sonu və doğuşdan sonrakı 6  ay ərzində tromboz keçirmə ehtimalları nəzərə alınmalıdır. Hamiləlik irəlilədikdə qanda d-dimer səviyəsi yüksəlməyə başlayır və son trimestrin axırlarında ən yüksək səviyəyə qalxır. Hamiləlikdə dərin venaların trombozu və pre eklampsiyanı nəzərda saxlamaq üçün d-dimer səviyəsini yoxlamaq mütləqdir.

D-dimer analiz nə vaxt istək olunur?

D dimer analizi adətən ciddi narahatlıqlar olduğu zaman istək olunur.

Dərin venaların trombozu əlamətləri olan zaman:

  • Adətən bir ayaqda olan ağrı və həssaslıq
  • Ayaqda şişkinlik, ödem
  • Ayağın rənginin dəyişməsi

Ağciyər emboliyası əlamətləri olduqda:

  • Tənəffüsün anidən qısalması,əziyətli nəfəsalma
  • Öksürmə, bəlğəmdə qanın olması
  • Ağciyərlə əlaqəli sinə ağrısı
  • Ürək döyüntülərinin artması

Əgər şəxsdə yayılmış damardaxili laxtalanma əlamətləri- diş əti qanaması, ürəkbulanma, qusma, əzələ və qarında ağrı, huşun itməsi, sidik ifrazının artması  olarsa D-dimer analizi protrombin zamanı, APTT, fibrinogen, trombosit sayılması analizləri ilə birlikdə yoxlanılmalıdır. Eyni zamanda müalicə alan şəxslərin müalicənin təsirini öyrənmək üçün kontrol müayinə kimi yoxlanıla bilər.

D-Dimer və Covid 19

 Artan D-Dimer səviyyələri laxtalanma sistemində və fibrinolitik proseslərdə pozulmalar haqqında məlumat verə bilər. D-Dimer dəyərləri venoz tromboembolizmdə yüksəlir .İnfeksiyalar da venoz tromboemboliya üçün risk faktoru və təsir edici ola bilər.
COVID-19 ilə bağlı araşdırmalar D-Dimer səviyyəsi yüksəlmiş xəstələrdə COVID-19-un şiddəti və nəticəsi arasında yüksək korrelyasiya aşkar edib.
COVID-19 infeksiyasının mühüm fəsadlarından biri də son dərəcə ölümcül patoloji olan yayılmış damardaxili laxtalanmadır.Bu zaman qanda D-Dimer testi yüksək olur. Nəticədə D-Dimer testi çox tövsiyə olunur. COVID-19 xəstələrində qan testi.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi