Медицинская информация

Eritrositlərin çökmə sürəti (EÇS) nədir?

Qanın formalı elementlərinin 99% -ni və ümumi qan miqdarının təxminən 40-45% -ni təşkil edən qırmızı qan hüceyrələri, RBC və ya eritrosit olaraq adlandırılır. Parlaq qırmızı rəngli eritrositlər böyrəklər tərəfindən ifraz edilən eritropoetin hormonu tərəfindən stimullaşdırılarılan sümük iliyində  istehsal olunur.

Bədəndəki bütün toxuma və orqanları oksigenlə təmin edən bu hüceyrələrin miqdarı ağır məşqlərdə artarkən, EÇS-nin aşağı olması adətən sağlamlıq probleminin bir simptomu deyildir. Orqanizmdə iltihab olduqda bəzi zülallar qaraciyər və immun hüceyrələri tərəfindən ifraz  olunur. Bu zülallar eritrositlər  ilə birləşərək onların ağırlaşmasına səbəb olur. Xüsusilə iltihablı revmatik xəstəliklərdə, xroniki infeksiyalarda, autoimmun xəstəliklərdə və bəzi xərçəng növlərində qırmızı qan hüceyrələrinin çəkisi artır. Sedimentasiya isə hərfi mənada çökmə deməkdir. Bədəndə infeksiya və ya iltihabın olduğunu aşkar etmək üçün EÇS analizi xəstədən klinika şəraitində alınan qanla aparılır. Alınan qan laboratoriya probilkasında tərs vəziyyətdə saxlanılır. Yarım saat, iki saat,  24 saat ərzində eritrositlərin nə qədər və nə dərəcədə çökdüyü araşdırılır. Bədəndə iltihab olduqda ortaya çıxan zülallar qırmızı qan hüceyrələrinin bir araya yığılmasına və bir-birinə yapışmalarına səbəb olur və bu da onların ağırlaşmasına səbəb olur. Digər tərəfdən, ağırlığında artan eritrositlər məhlulda dibə daha sürətlə çökür. Çökmə miqdarı və sürət referens dəyərlərinin xaricindədirsə, bu bədəndə bir infeksiya olduğunu göstərir.

Bədəndə mövcud olan iltihab miqdarından asılı olaraq qırmızı qan hüceyrələrinin çökmə  sürəti dəyişir. Çökmə səviyyəsi infeksiya, revmatik və immun sistem xəstəlikləri və bəzi xərçəng növləri olduqda artır. Bununla birlikdə, bu artım müəyyən bir xəstəliyin göstəricisi deyil, yalnız bədəndə anormal bir vəziyyətin olması barədə məlumat verir. Buna görə test nəticəsinin yüksək olması mütləq ağır bir xəstəliyin olduğunu göstərmir. EÇS  nə demək olduğu sualına ən qısa cavab "bədəndə infeksiya olduğunu göstərən test" olaraq verilə bilər. EÇS, eritrositlərin çökmə sürəti, çökmə dərəcəsi və çöküntü kimi də bilinən bu test yalnız xəstəliyin mövcudluğunu araşdırmaq üçün deyil, diaqnoz qoyulmuş xəstəliyin müalicəni izləmək üçün də aparılır. Bundan əlavə, bəzi kimyəvi maddələrin nəticəyə təsir göstərə biləcəyi kimi, istifadə olunan dərman və testdən əvvəl qəbul  edilən qidalar həkim tərəfindən nəzərə alınmalıdır. Referens çökmə dəyəri və ya başqa sözlə, çökmə sürətinin normal dəyərləri aşağıdakılardır:

 

Yenidoğanlar: 0 ilə 2 mm / s

Uşaqlarda: 0 ilə 10 mm / s

50 yaşdan aşağı qadınlar: 0 ilə 20 mm / s

50 yaşdan yuxarı qadınlar: 0 ilə 30 mm / s

Hamilə qadınlar: 4 ilə 57 mm / s

50 yaşdan aşağı kişilər: 0 ilə 15 mm / s

50 yaşdan yuxarı kişilər: 0 ilə 20 mm / s

Eritrositlərin çökmə sürətinin dəyəri yaşa və cinsə görə fərqli hesablanır. Buna görə referens aralığı insanın yaşına görə fərqlənir.

EÇS yüksəkliyi nədir?

Təkbaşına bir diaqnostik vasitə olmayan sedimentasiya testi bədəndə iltihablı bir xəstəliyin olduğunu aşkar etmək və bədənin bu xəstəliyə qarşı müalicəyə reaksiyasını izləmək üçün aparılır. Lupus, ailəvi Aralıq dənizi qızdırması, ankilozlaşan ‌spondilit, çölyak və dağınıq skleroz kimi autoimmun xəstəliklər; revmatoid artrit, sinuzit, astma və vərəm kimi iltihabi xəstəliklər və ağciyər xərçəngi kimi bəzi xərçəng növləri olduqda sedimentasiya nisbəti artır. Bu yüksəlişin səbəbi bədənin qaraciyər və immun sistemi hüceyrələrinin bəzi zülalları  meydana gətirmə reaksiyasıdır. Bu formasiyalar qırmızı qan hüceyrələri olaraq bilinən eritrositlərlə bir-birinə yapışaraq kütlə yaranmasına və ağırlığın artmasına səbəb olur. Qırmızı qan hüceyrələrinin ağırlığının artması, EÇS analizində daha tez dibə çökmələrinə səbəb olur. Saat ərzində  bu çökmənin sürəti mövcud iltihabın dərəcəsi haqqında məlumat verir. Kəskin və xroniki formada inkişaf edə bilən bu vəziyyətə əlavə olaraq estrogen, testosteron, androgen tərkibli dərmanlar, kortizon, doğuşa nəzarət dərmanları və bəzi hipertenziya dərmanları EÇS in artmasına səbəb olur. Bütün bunlara əlavə olaraq qocalıq və hamiləlik kimi vəziyətlər də çökmə sürətində artmasına səbəb olur. Hər hansı  iltihabi xəstəlik olmadığı təqdirdə, ölçülən anormal dərəcədə yüksək EÇS dəyəri xərçəngli şişlərin olduğunu göstərə bilər. Həkim EÇS yüksəlməsinin səbəbəini araşdırmaq üçün başqa analizlər də istək edə bilər. Xəstəlik aşkar edildikdən sonra müalicə olunur və EÇS dəyərləri normal vəziyətinə qayıdır. Bundan əlavə, gündəlik fiziki aktivliyi artırmaq, nizamlı qidalanma və keyfiyyətli yuxu da immun sistemini gücləndirməyə, mövcud xəstəlikləri yaxşılaşdırmağa və beləliklə çökmə dəyərini azaltmağa kömək edir.

Aşağı EÇS nədir? 

 

Aşağı çökmə adətən  sağlamlıq probleminin əlaməti olaraq görülmür və adətən bədəndəki iltihablı bir xəstəliyin fəaliyyətinin sona çatmasının bir göstəricisidir. Sağlam insanlarda görülən aşağı çökmə nadir hallarda xəstəlik əlaməti kimi qəbul edilir. Oraq hüceyrəli anemiya, hemoglobinopatiya, anizositoz və şəkərli diabet kimi qan sıxlığını artıran xəstəliklər və bəzi qan dövranı pozğunluqları EÇS in azalmasına səbəb ola bilər. Bununla birlikdə, leykemiya və polisitemiya  kimi xəstəliklərin olması halında aldadıcı EÇS də görülə bilər. Antipsixiatrik dərmanlar və kortizol istifadəsi də EÇS azlığına  səbəb ola bilər. Əsasən oynaq ağrısı, halsızlıq, yorğunluq, iştahsızlıq və kilo itkisi, başgicəllənmə və baş ağrısı kimi simptomlarla xarakterizə olunur. EÇS in aşağı olmasının müalicəsində  əsas fokus xəstəliyini müalicsinə yönəlir. Bundan əlavə, müntəzəm qidalanma, yuxu və fiziki fəaliyyət immunitet sistemini gücləndirir və mövcud xəstəliklərin daha tez sağalmasına imkan yaradır.

Sağlam bir həyat üçün sağlamlığınızın mütəmadi olaraq yoxlanılmasını unutmayın. Saglamaile.az-a müraciət edə bilərsiniz. Bizim laboratoriya nəticələrimiz tam düzgüngündür.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi