Медицинская информация

İnsan papilloma virusu(HPV) nədir?

 

İnsan Papilloma Virusu (HPV) papillomaviridae ailəsinə aid bir virusdur. Papillomaviridae ailəsinin fərqli heyvan növlərinə yoluxan bir çox fərqli cinsi olmasına baxmayaraq, HPV yalnız insan növlərində yaşaya bilər.

HPV, genetik material olaraq DNT tərkibli bir virusdur. Virus, 55 nm ölçülü bir ikozahedral quruluşa (20 tərəfli) malikdir. HPV kiçik ölçüsü sayəsində bədənin kiçik çatlaqlarından belə insana yoluxa bilər.

HPV-nin 100-dən çox bilinən alt tipi var. HPV alt tiplərindən ən azı 14-nün xərçəngə səbəb olduğu müəyyən edilmişdir. HPV növləri, xərçəngə səbəb olan potensiallarına görə yüksək risk və aşağı risk olaraq iki qrupa bölünə bilər.

Yüksək riskli HPV növləri: 16, 18, 31, 33, 35, 39, 45, 52, 58.

Aşağı riskli HPV növləri 6,11, 40, 42-dir.

Bunlardan xüsusi ilə16,18 növləri uşaqlıq boynu xərçəngi və xərçəngönü vəziyyətə səbəb olur.

HPV insan bədəninə daxil olur və sağlam hüceyrələrdə dəyişikliklərə səbəb olur. Bu vəziyyət nəticəsində insanlarda HPV;

Uşaqlıq boynu,anus,vagina kimi nahiyələrdə xərçəngə səbəb olur.

Bu xərçəng növləri arasında uşaqlıq boynu xərçəngi ilə HPV arasında çox yaxın bir əlaqə var. HPV qadınlarda uşaqlıq boynu xərçənginin inkişafından demək olar ki, 100% cavabdehdir. Başqa sözlə desək, uşaqlıq boynu xərçəngi olan bir qadın, həyatının bir dövründə HPV-yə yoluxmuşdur. Uşaqlıq boynu xərçənginə səbəb olan HPV tiplərinə baxdıqda, HPV 16 və HPV 18-in önə çıxdığı görülür. HPV 6 və HPV 11 uşaqlıq boynu xərçənginə səbəb olmur, əksinə genital ziyillərin yaranmasına səbəb olur.

HPV əlamətləri nədir?

HPV-yə yoluxmuş insanların əksəriyyətində heç bir simptom olmur. Əslində, HPV-yə yoluxan insanların təxminən 90% -ində infeksiya heç bir simptom göstərmədən bir neçə il ərzində orqanizmdə qala bilər. İnsanlar bu dövrdə HPV-nin olduğunu və virusu sağlam insanlara ötürə biləcəyinin fərqində olmaya bilər.

HPV, kişilərdə penis və anus ətrafında Ziyillərə səbəb olur. Əlavə olaraq qadınlarda vagina və anus ətrafında ziyillərə də səbəb olur. HPV,  hər iki cinsdə də boğazda ziyillərinə səbəb ola bilər.
HPV müxtəlif xərçəng növlərinin inkişafında da rol oynadığı üçün adətən  xəstələrdə xərçənglə əlaqəli simptomlar görülür. Məsələn, HPV penisdə servikal yaralara və ya xoralara səbəb ola bilər.

HPV xəstəliyindən bəhs edildikdə, uşaqlıq boynu xərçəngi başa düşülür. Bu səbəbdən, servikal xərçəng əlamətlərini HPV simptomları arasında saymaq faydalıdır. Bu simptomlar:

  • Menstruasiya dövrləri arasında ara qanaxma
  • Uzun və ya ağır menstrual qanaxma
  • Vaginal ifrazatın artması
  • Ağrılı, cinsi əlaqə zamanı qanaxma
  • Postmenopozal qanaxma
  • Pelvik bölgədə ağrı
  •  

HPV testi nədir?

Yaxma analizi olaraq da bilinən Pap smear, servikal xərçəng müayinəsində istifadə edilən bir analizdir.

Yaxma testi serviksdə transformasiya zonası adlanan nahiyədə yaxma nümunəsi götürülərək aparılır. Transformasiya zonası HPV infeksiyasının baş verdiyi yerdir. Bu zonadakı hüceyrələr yüksək riskli HPV növlərindən birinə yoluxarsa və bu infeksiyanın immun sistem tərəfindən qarşısı alına bilməzsə, insanda xərçəngə doğru irəliləyən bir müddət başlaya bilər. Xərçəngləşmə prosesi 10-20 il çəkə bilər. Smear testində transformasiya zonasından alınan hüceyrələr mikroskop altında araşdırılır. Bu müayinədə hüceyrələrdə HPV infeksiyası ilə əlaqəli əlamətlərin olub olmadığı yoxlanılır. Tamponla götürülmüş hüceyrələr müxtəlif laborator müayinələrə göndərilə bilər. Bu müayinələrdə hüceyrələrdə HPV virusunun olub olmaması PCR üsulu ilə də yoxlanıla bilır.

Yaxma testinin nəticəsi HPV pozitiv və ya HPV neqativ ola bilər. HPV mənfi nəticəsinin mənası; Alınan nümunədəki hüceyrələr normaldır və hüceyrələrdə HPV əlaməti yoxdur.

HPV-nin müsbət test nəticəsi hüceyrələrdə bəzi dəyişikliklərin olması deməkdir. Hüceyrələrdəki dəyişikliklər, aşağı risk, yüksək risk və öz aralarında təyin olunmayan risk kimi alt qruplara da bölünə bilər.

Pasiyentlər  tərəfindən "HPV pozitivdir, lakin ziyil yoxdur və ya HPV pozitivdir, amma narahatlığım yoxdur" kimi suallar verilə bilər. Smear testinin məqsədi uşaqlıq boynu xərçəngini erkən mərhələdə aşkar etməkdir. Xərçəngin erkən diaqnozu ilə müalicə erkən başlayır və müalicənin müvəffəqiyyəti artır. Buna görə 30-65 yaş arasındakı hər bir qadınlar smear testi ilə uşaqlıq boynu xərçənginə görə müayinədən keçirilməlidir. Test nəticəsi HPV müsbət olduqda qadınlar həyəcan keçirməməlidir. Bütün pozitiv nəticələr xərçəng demək deyil. HPV nin hansı tipi ilə yoluxma kimi amillər də  xərçəng riskini təsir edir.

HPV nəticələri pozitiv olan qadınlar daha çox müayinə üçün səhiyyə müəssisəsinə müraciət etməli və lazımi nəzarəti almalıdırlar.

HPV necə ötürülür?

HPV cinsi yolla ötürülən bir virusdur. HPV, kiçik quruluşuna görə cinsi əlaqə olmadan cinsiyyət bölgəsindəki çatlaqlardan bədənə daxil ola bilər.

Xərçəngin inkişaf riskini artıran bəzi amillər var. Bu HPV risk faktorları bunlardır:

  • Cinsi fəaliyyətin erkən başlanğıcı (20 yaşdan əvvəl)
  • İmmun sistemini zəifləyən xəstəlik və ya immunosupressiv dərmanların istifadəsi
  • Siqaret çəkmək

HPV necə müalicə olunur?

 Müalicə əsasən HPV səbəbiylə inkişaf edən papilloma və ya xərçəngönü  lezyonların aradan qaldırılması şəklində aparılır.

HPV səbəbiylə genital papillomaların müalicəsində tərkibində müxtəlif dərmanlar olan kremlərdən istifadə edilə bilər. Papillomalar , həkim tərəfindən təyin olunan kremdən düzgün və müntəzəm istifadəsi ilə aradan qaldırıla bilər. Dərmanlara əlavə olaraq, papillomaların müalicəsində də cərrahi yol da  var. Kriyoterapiya, cərrahi əməliyyat və lazer kimi fərqli üsullarla genital papillomalardan xilas olmaq mümkündür.

Bundan əlavə HPV-yə qarşı peyvənd də mümkündür. Bu virusun qarşısının alınmasında ən təsirli üsuldur. 

 

HPV analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.