Медицинская информация

Как правильно загорать

Ultrabənövşəyi (UB) şüaların təsirinə məruz qalmaq insanlarda dərinin qaralmasına səbəb olur. Bir çoxları bronzlaşmış dərini sağlamlıq əlaməti kimi görsə də bu hər zaman belə deyil. Günəş altında qaralnmanın faydaları qədər zərərləri də az deyil. Bu zərərləri minimuma endirmək, həmçinin, dərinin sağlam üsulla qaralmasını təmin etmək üçün dermatoloqlar bir sıra tövsiyyələr verirlər.

Öncəliklə ultrabənövşəyi şüaların orqanizmə hansı faydaları və zərərləri var onlara nəzər yetirək.

Faydası: Günəşdə qaralma təbii yolla vitamin D sintezini təmin edir.

Zərəri: Hər qaralma zamanı dəridəki hüceyrələrin daxilindəki DNT strukturu zədələnir. Bu hal dəri xərçənginin (karsinoma, melanoma) yaranmasına səbəb olacaq ilkin faktorlardan biridir.

Faydası: Tədqiqatlar göstərir ki, düzgün qəbul edilmiş günəş vannası uşaqlar və yeniyetmələrdə rinit və ekzema kimi xəstəliklərin azalmasına səbəb olur.

Zərəri: Həddindən artıq günəş şüası dərinin qocalmasına, ləkələrin yaranmasına, qırışıqların çoxalmasına səbəb ola bilər.

Dəri nəyə görə qaralır?

Bəzi insanlar dərhal, digərləri isə daha uzun müddətdə qaralmağa meyilli olurlar. Dərinin qaralması melanin piqmentinin səviyyəsinə görə dəyişir. Melanin dəriyə, gözə, saça rəng verən piqmentdir və günəş şüalarının təsirindən daha çox sintez olunur.

Ağbəniz insanların dərisində daha az melanin olduğuna görə, onlar tez qaralmağa və hətta yanmağa meyilli olurlar. Dəri rəngi daha tünd olan şəxslərdə melanin səviyyəsi daha yüksək olur. Onlara ultrabənövşəyi şüalar daha az təsir edir və, beləliklə, orqanizm daha az vitamin D sintez edir.

Sağlam qaralmağın yolları

  • Günəşin ən qızmar olduğu vaxtlarda (12:00-17:00) qaralmaqdan çəkinin. Səhərləri saat 11:00-a kimi, axşamları saat 18:00-dan sonra qaralmaq ən düzgünüdür.
  • Ən azı SPF 30 olan geniş spektrli günəş kremindən müntəzəm olaraq istifadə edin.
  • Qaralmaq üçün uzun müddət günəş şüalarının altında qalmaq mütləq deyil. Qısa aralar verərərk qaralmaq daha doğrudur.
  • Başınızı birbaşa günəş təsirindən qorumaq üçün papaqdan, gözlərinizi qorumaq üçün UB şüalar buraxmayan göz eynəyindən istifadə edin.
  • Bol su için.

Qeyd etmək lazımdır ki, günvurma və dəri yanmaları ancaq günəş şüalarının təsirindən olmaya bilər.

  • Qum və dəniz suyu günəş şüalarını əks etdirmə özəlliyinə sahibdir. Bu səbəblə, insanlar kölgədə qalsalar belə qaralırlar.
  • Ultrabənövşəyi şüalar buludlu havada da nüfuz edir və dəri yanmasını törədə bilir.
  • Ağaclar və çətirlər şüalardan tam qorunmanı təmin etmir.

Qaralmağın əks göstərişləri

Bəzi insanların dərisi günəş şüalarına daha həssasdır. Buna təsir edən amillərə aşağıdakılar aiddir:

  • Uşaqlar və yeniyetmələr günəş təsirinə daha həssasdır. Uzun müddət günəş altında qalmaq gələcəkdə dəri xərçəngi yaranma riskini artıra bilər.
  • Ağbəniz insanlar yanmağa daha meyilli olurlar.
  • Daha öncə dəri xərçəngi yaşamış şəxslər.
  • Pilinq və lazer epilyasiya kimi kosmetik prosedurlardan keçmiş şəxslər. Günəşdə qaralma ən azı prodeurlardan 2 həftə sonra olmalıdır.
  • Sızanaq və akne kimi dəri problərindən əziyyət çəkən şəxslər.
  • Geniş spektrli antibiotik müalicəsi alan şəxslər.

Günəşdə qaralmaq bu və bu kimi oxşar hallarda həkim-dermatoloq nəzarəti və tövsiyyələri əsasında olmalıdır.

Dermatoloji suallarınız və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi