Медицинская информация

Meymunçiçəyi xəstəliyi nədir?

Meymunçiçəyi xəstəliyi meymunçiçəyi virusunun törətdiyi və əsasən qərbi və mərkəzi Afrikada yayılmış nadir xəstəliklərdəndir. Hal-hazırda Avropanın bir neçə ölkələrində aşkarlansa da, yoluxuculuq riski aşağı olan viruslardandır.

Meymunçiyəyi virusu yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilmiş, ilk insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş vermişdir. Adından görsəndiyinin əksinə olaraq, xəstəlik yalnız meymunlardan ötürülmür. Virusun daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.

Meymunçiyəyinə necə yoluxmaq mümkündür?

Meymunçiyəyinə yoluxma riski əsasən qərbi və mərkəzi Afrika çöllərində yaşayan gəmiricilərlə təmasdan və dişləndikdə mümkün ola bilər. Əlavə olaraq, daşıyıcı heyvanın qanından, bədən mayesindən, dərisində olan qabarcıqlar və qızarıqlardan yoluxmaq mümkündür. Yoluxmuş heyvanın yaxşı hazırlanmamış ətini istehlak etmək də yoluxma riskini artırır. İnsandan insana keçmə halları nadir deyildir:

  • Yoluxmuş şəxsin paltarından, yataq dəstindən və ya istifadə etdiyi dəsmalından;
  • Dəridə olan sızanaqlar, qabarcıqlar və qızarıqlarla təmas etdikdə (cinsi əlaqə zamanı);
  • Yoluxmuş şəxslə yaxın məsafədə ünsiyyət zamanı (hava-damcı yolu ilə).

Simptomlar

Yoluxmadan sonra ilkin simptomların yaranma müddəti (inkubasiya dövrü) adətən 7-14 gün arasıdır, xəstəliyin intensivliyindən asılı olaraq isə bu vaxt 5-21 arası dəyişə bilər. İnsanlarda xəstəliyin simptomları suçiçəyi virusunun törətdiyi xəstəlik ilə oxşardır, lakin daha yüngüldür. İlkin simptomlara aiddir:

  • Yüksək hərarət;
  • Baş ağrısı;
  • Yorğunluq;
  • Halsızlıq;
  • Limfa düyünlərinin şişməsi.

Qeyd etmək lazmdır ki, meymunçiçəyi və suçiçəyi xəstəliklərini bir birindən fərqləndirən xüsusiyyətlərdən biri odur ki, suçiçəyi xəstəliyi zamanı limfa düyünlərinin şişməsi (limfadenopatiya) baş vermir.

Yüksək hərarət başladıqdan 1-3 gün içində dəridə ilk qızartılı səpgilər üz nahiyəsində əmələ gəlməyə başlayır və daha sonra bədənin digər nahiyələrinə yayılır. Xəstəlik ümumi 2-4 həftə davam edir.

Meymunçiçəyi ölümcüldür?

Normalda yoluxmuş insanlar müalicəsiz də sağalırlar. Buna baxmayaraq, virusun ağır ştamları ilə yoluxduqda 5% hallarda ölüm halları baş verə bilər. Statistikaya əsasən, virusun yüngül formaları yalnız 1% ehtimalla ölümcüldür.

Meymunçiyəyi COVID-19-la oxşardır?

Xeyr, tamamilə fərqli sinflərə aid olan bu viruslar arasında oxşarlıq bir çox yoluxucu xəstəliklərdə olduğu kimi ilkin mərhələdə başlayan simptomlardır.

Necə qoruna bilərəm?

Meymunçiçəyi virusuna yoluxmanın qarşısını almaq üçün bir sıra tədbirlər görülə bilər:

  • Simptomlar müşahidə etdiyiniz şəxslərlə və virus daşıya bilən heyvanlarla təmasdan çəkinin.
  • Əllərinizin gigiyenasına xüsusi önəm verin.
  • Xəstələrlə təmasda olarkən fərdi qoruyucu vasitələrdən istifadə edin.

 

 

 

 

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi