Медицинская информация

Toksoplazma nədir?

 

Toksoplasma , təkhüceyrəli bir mikroorqanizmdir. Adətən pişiklərdə rast gəlinsə də başqa heyvanlara da yoluxa bilər. Toksoplazma heyvanlarda çoxalmasına baxmayaraq, insanlara da sirayət edə biləcək bir xəstəlik növüdür.

Toksoplazma heyvanlardan insana birbaşa toxunma yolu ilə yoluxmur, ancaq heyvan nəcisi, çirklənmiş əşyalar və ya az bişmiş heyvanların əti ilə qidalanma zamanı insana yoluxa bilər.

Xüsusilə hamilə qadınlar doğuşdan sonra pişik nəcisindən uzaq durmalı və az bişmiş və ya çiy ət yeməməlidirlər. Toksoplazma (gondii) hamilə qadınlarda hamiləliyə və ya körpələrdə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək bir xəstəlikdir.

Toksoplazma gözdə retinanın infeksiyasına və görmə sinirinə və ya görmə mərkəzinə ciddi ziyan vura bilər. Müalicə edilmədiyi təqdirdə xəstədə görmənin itirilməsi halı yaşana bilər.
Yoluxmuş pişik nəcisi ilə təmasda olduqdan sonra səhvən ağzınıza toxunsanız, parazitləri uda bilərsiniz. Xüsusilə ovlanmış və ya çiy ət məhsulları ilə bəslənilən pişiklərin toksoplazmaya yoluxma ehtimalı digər ev pişiklərindən daha çoxdur.

Yenə də quzu, donuz əti və maral əti, həmçinin pişik zibilləri də toksoplazmaya yoluxdura bilər. Bəzən pasterizə olunmamış süd məhsullarının da tərkibində parazit yaşaya bilir.

Çiy ətlə təmasda olan bıçaqlar, kəsmə taxtaları və ya qablar, bir sözlə, bütün mətbəx qabları isti və sabunlu su ilə yaxşıca yuyulmalıdır. Toksoplazmaya meyvə və tərəvəz səthində də rast gəlmək mümkündür. Bu səbəbdən bütün meyvə və tərəvəzlər yuyulmadan qəbul edilməməlidir.

Adətən, sağlamlıq problemi olmayan insanların immun sistemi parazitləri nəzarətdə saxlayır. Bəzi parazitlər güclü immun sisteminə sahib insanların bədənində sakit vəziyyətdə qalır. Ancaq hər hansı bir xəstəlik və ya bəzi dərmanların qəbulu nəticəsində  immunitet zəifləyirsə, infeksiya yenidən aktivləşə bilər və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Toksoplazma xəstəliyinə dünyanın hər yerində rast gəlinir. Buna görə hər kəs bu xəstəliyə yoluxa bilər. Bu xəstəlik immuniteti zəif olan insanları daha çox təsir edir və aşağıdakı hallarda xüsusi risk yaradır.

  • HİV / GİÇS- xəstəliyi varsa və ya kimoterapiya alırsınızsa: kimyəvi terapiya immun sisteminizə təsir edir və orqanizmin kiçik infeksiyalarla belə mübarizə aparmasını çətinləşdirir.
  • Steroidlər və ya digər immunosupressiv dərmanlar. Bəzi bədxassəli olmayan xəstəliklərin müalicəsində istifadə olunan dərmanlar immun sisteminizi zəiflədir və toksoplazmanın ağırlaşmalarına səbəb olur

 

Toksoplazmoz əlamətləri

Toksoplazmoz  xəstəliyi bəzi insanlarda heç bir əlamət və simptom yaratmır və xəstələr yoluxduqlarının fərqində olmurlar. Toksoplazmanın ümumi simptomları qripə oxşar xüsusiyyətləri göstərə bilər. Bunlar;

  • Ümumi bədən ağrısı
  • Limfa düyünlərinin şişməsi
  • Baş ağrısı
  • Yüksək hərarət
  • Yorğunluq

İmmun sistemi zəif olan insanlarda simptomlar daha şiddətli ola bilər. Xüsusilə HİV / GİÇS xəstələrində, kimoterapiya xəstələrində, son dövrlərdə orqan nəqli olan xəstələrdə toksoplazma infeksiyası daha ağır simptomlar göstərə bilər. Bunlar;

 

  • Baş ağrısı 
  • Bulanıq görmə
  • Tutmalar
  • Vərəmə bənzər ağciyər problemləri və ya HİV olan insanlarda görülən pnevmokistis jiroveci pnevmoniyası
  • Retinanızın şiddətli iltihabından qaynaqlanan bulanıq görmə (okulyar toksoplazmoz) və ya görmə itirilməsi

Körpələrdə:

Gələcək ana toksoplazma  infeksiyasına hamiləlikdən əvvəl və ya hamiləlik dövründə yoluxarsa, əlamət və simptomlar olmadıqda belə körpəyə infeksiya ötürülə bilər (anadangəlmə toksoplazmoz). Hamiləlik dövründə və ya əvvəlində toksoplazma infeksiyasına məruz qalmaq körpədə doğuşdan sonra problemlərə səbəb ola bilər.

Toksoplazma infeksiyası olan gələcək analar abort, erkən doğuş və ya doğuşdan sonra körpəsini itirməklə qarşılaşa bilərlər. Toksoplazmanı anadan keçən körpələrdə aşağıdakı simptomlar görülə bilər. Bunlar;

  • Tutmalar
  • Qaraciyər və dalaq böyüməsi
  • Sarılıq
  • Göz infeksiyaları

Toksoplazma  infeksiyası olan bir çox körpə doğuşdan sonra xəstəliyin əlamətlərini göstərir. Toksoplazmaya yoluxan körpələrdə tez-tez eşitmənin itirilməsi, zehni qüsur və ya ciddi göz infeksiyaları kimi simptomlar olur.

Toksoplazmadan qorunmaq üçün heyvan nəcisini əlcəksiz təmizləməməli və kənd təsərrüfatı heyvanlarının ət və məhsullarını çiy halda istifadə etməməlisiniz. İmmunitetinizi aşağı salacaq bir vəziyyətiniz varsa, HİV varsa, hamiləsinizsə və ya hamilə ola biləcəyinizi düşünürsünüzsə və toksoplazma infeksiyasına məruz qaldığınızı düşünürsünüzsə, mütləq həkimə müraciət etməlisiniz.

Diaqnostika metodları

Toksoplazma İgG- İnfeksiya ilə keçmişdə təmasın olub olmadığını göstərir

Toksoplazma İgM -Hazırda infeksiyanın kəskin fazasını görsətirir

Bu xəstəliə yoluxduğunuzdan şübhələnirsinizsə, hamilə qalmazdan əvvəl ümumi testlərdə toksoplazma üçün müayinə olunmalısınız. Adətən, toksoplazmanın simptomları qripə bənzədiyi üçün xəstəliyi təyin etmək çətindir.

Hamiləlik dövründə həkiminiz infeksiya riskindən şübhələnirsə, qan testi təyin edə bilər. Parazitə qarşı əkscisimləri yoxlayan qan testlərində IgG və toksoplazma IgM adlı əkscisimlər yoxlanılır..

Hamiləsinizsə və toksoplazmoz infeksiyanız varsa, növbəti addım körpənin yoluxduğunu təyin etməkdir. Körpənin yoluxmuş vəziyyətini öyrənmək üçün hamiləliyin 15-ci həftəsində həkiminiz tərəfindən amniotik maye tələb oluna bilər.

Amniyotik maye incə bir iynədən istifadə edərək dölün ətrafındakı maye ilə dolu kisədən (amniotik kisədən) az miqdarda maye çıxarır. Daha sonra toksoplazmanın olub olmadığını yoxlamaq üçün alınan maye üzərində testlər aparılır. Bu prosedur hamiləliyin 15-ci həftəsindən sonra etibarlı şəkildə edilə bilər.
Bunlardan əlavə infeksiyanın hazırda qanda olub olmadığını yoxlamaq üçün analiz PZR üsulu ilə qanda da yoxlanıla bilər.

Toksoplazma analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.
Onlayn qeydiyyat üçün http://www.saglamaile.az saytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.