Vitamin və Mikroelementlər

B5 vitamini hansı qidaların tərkibində var?

B5 vitamini və ya pantotenik asit, suda həll oluna bilən vitaminlər qrupuna aiddir. Adı da bütün heyvan və bitki toxumalarında mövcud olduğu üçün “hər yerdə” mənasını verən “pantos” terminindən gəlir. 

Faydaları:

  1. Enerji verir- Bir çox dietoloqun enerji mənbəyi olaraq təyin etdiyi B5 vitamini yorğunluğun qarşısını alır. Xüsusilə səhər yeməyində yumurta və pendir bununçün faydalıdır.
  2. Yaraların sağalma prosesini sürətləndirir- ağız yaralarının əsas səbəbi vitamin çatışmazlığıdır. Tərkibində B5 vitamini olan qidaların nizamlı aralıqlarla istehlak edilməsi ağızdakı yaraların çox daha qısa müddətdə sağalmasına kömək edir.
  3. Mədədə turşuluğunu tarazlayır- B5 vitamini çatışmazlığı zamanı mədədə turşu nisbəti 20 - 30% artır. Bu, həzm pozğunluğuna, qarında şişkinliyə və mədə ağrısına səbəb olur. İspanaq və gül kələm kimi tərəvəzlər mədə şikayətlərini azaltmaqda xüsusilə təsirlidir.
  4. Dəri sağlamlığı üçün faydalıdır- pantotenik turşunun ən böyük faydalarından biri dərinin nəmliyini balanslaşdırmaqdır. Quru və ya yağlı dərisi olan insanlar tərkibində B5 vitamini olan və qidaları balanslı şəkildə istehlak etməlidirlər. Bundan əlavə, pantotenik turşu dərini daha canlı göstərir və sızanaqları təmizləyir.
  5. Yaddaşı gücləndirir- B5 vitamini diqqət dağınıqlığından əziyyət çəkən insanlar üçün faydalıdır.
  6. Pantoten turşusunun törəməsi olan pantetin insanlarda xolesterol səviyyəsinin enməsinə kömək edir.

B5 vitamini çatışmazlığı nadir hallarda rast gəlinir və aşağıdakı simptomlarla özünü göstərir:

  • yüngül formada bağırsaq narahatlığı
  • ishal
  • dəri problemləri
  • depressiya
  • şəxsiyyət dəyişiklikləri
  • ürək xəstəlikləri
  • yorğunluq
  • əzələ zəifliyi və kramplara səbəb olur
  • xüsusilə ayaqlarda yanma əmələ gəlir ki, buna “yanan ayaq sindromu” deyirlər.\

Vitamin B5 (pantotenik turşu) mənbələrinə

  • mal əti
  • qaraciyər
  • gül kələmi
  • xiyar
  • avokado
  • qulançar
  • brokoli
  • kərəviz
  • pomidor
  • qatıq
  • yumurta
  • şirin kartof
  • kələm
  • şirin bibər
  • qarğıdalı daxildir.

Gündəlik tələbat:

  • 0-6 ay üçün: 1,7 milliqram
  • 6-12 ay ərzində: 1,8 milliqram
  • 1-3 yaş üçün: 2 milliqram
  • 4-8 yaş üçün: 3 milliqram
  • 9-13 yaş: 4 milliqram
  • 14 yaş və yuxarı: 5 milliqram
  • Hamilə qadınlarda: 6 milliqram
  • Südverən qadınlar: 7 milliqram

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi