Мероприятия

5 Oktyabr- İnnovativ Müəllimlərin I Şəbəkələşmə Görüşü

5 Oktyabr- Beynəlxalq Müəllimlər Günündə Azərbaycan Maarifçilər Assosiasiyası və TutorLab platformasının təşkilatçılığı, Sağlam Ailə Tibb Mərkəzi, Gənc Kinomatoqraflar Birliyi və Azprint poliqrafiyasının tərəfdaşlığı ilə Nizami Kino Mərkəzində İnnovativ Müəllimlərin I Şəbəkələşmə Görüşü keçirilmişdir.

500 nəfər müəllimin iştirakı ilə keçirilən görüşdə müəllimlərə Sağlam Ailə Tibb Mərkəzi tərəfindən müxtəlif hədiyyələr və imtiyazlar təqdim olunmuşdur.

Tədbiri Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıxov açıq elan edərək, bütün müəllimləri onlara özəl gün münasibətilə təbrik edib.

Daha sonra Sağlam Ailə Tibb Mərkəzinin İcraçı direktoru Nigar Rüstəmli çıxış edərək müəllimləri təbrik edib, Sağlam Ailə Tibb Mərkəzi tərəfindən onlara təqdim olunan hədiyyələr və imtiyazlar haqqında məlumat verib.
Çıxışların sonunda Tutorlab layihəsinin qalibi olan müəllimlərə mükafatlar təqdim olunub.

Rəsmi hissədən sonra müəllimlər üçün film nümayiş olunub.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi