Мероприятия

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qanvermə aksiyası keçirilmişdir.

8 May Beynəlxalq Talasemiya Günündə Sağlam Ailə Tibb Mərkəzinin və “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının” birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qanvermə aksiyası keçirilmişdir.

Aksiyanın təşkil olunmasında məqsəd irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək olub.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən ilk öncə hər bir donorun sağlamlığı yoxlanılıb və sağlamlığı qan götürməyə imkan verən şəxslər müəyyənləşdirildikdən sonra qan vermək üçün yönləndirilib. Götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı, hemofiliyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyasında könüllü gələn vətəndaşlarla yanaşı Sağlam Ailə Tibb Mərkəzinin əməkdaşları da fəal iştirak edib.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi