Мероприятия

“Sabah” Futbol Akademiyası və “Vətən” Futbol Məktəbində "İlk Yardım" təlimi

30 noyabr 2023-cü il tarixində Sağlam Ailə Tibb Mərkəzi tərəfindən “Sabah” Futbol Akademiyası və “Vətən” Futbol Məktəbinin məşqçi və müəllim heyəti üçün “İlk yardım” təlimi keçirilmişdir.

Təlimin məqsədi, baş vermiş xoşagəlməz hadisələr zamanı psixoloji vəziyyətin tənzimlənməsi, davranış qaydaları, ilk tibbi yardım hazırlığı ilə bağlı məşqçi və müəllimləri maarifləndirmək olub.

“Sağlam Ailə” Tibb Mərkəzinin həkim-terapevti Etibar Süleymanov tərəfindən keçirilən təlimdə aşağı və yuxarı hərarət, ağır təzyiq altında sıxılma, qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması, ən qısa müddətdə zərərçəkmişin yaxınlıqdakı müalicə müəssisəsinə çatdırılması ilə bağlı əyani və praktiki məlumatlar verilib, məşqçi və müəllim heyətinin sualları cavablandırılıb.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi