Telefon istifadəsi zamanı göz quruluğu necə özünü göstərir?
Telefon istifadəsi zamanı göz quruluğu gözdə yanma, batma, qızarma və tez yorulma ilə özünü göstərir. Vaxtında diqqət edib tədbirlər görmək vacibdir.
Medical information
Goz qurulugu nedir sualı bir çoxumuza maraqlıdır. Bu suala cavab olaraq çox məqamlara toxuna bilərik. Çünki, səbəblər müxtəlif faktorlardan meydana gələ bilər. Belə ki, müasir dövrdə telefon, planşet və kompüter istifadəsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Uzun müddət ekrana baxmaq isə göz quruluğu probleminin yaranmasına səbəb ola bilər. Xüsusilə fasiləsiz və diqqətli baxış zamanı göz qırpma azalır, nəticədə göz səthi kifayət qədər nəmlənmir. Bu hal diskomfort, yanma və yorğunluq hissi yaradır.
Göz quruluğu göz yaşının kifayət qədər ifraz olunmaması və ya tez buxarlanması nəticəsində yaranan vəziyyətdir. Bu zaman göz səthi lazımi qədər nəmlənmir və narahatlıq yaranır.
Ən çox rast gəlinən göz quruluğu əlamətləri bunlardır:
Bu simptomlar uzun müddət davam etdikdə mütləq müayinə tələb olunur.
Telefon ekranına uzun müddət baxmaq zamanı insan daha az göz qırpır. Normalda dəqiqədə 15-20 dəfə göz qırpılırsa, ekran qarşısında bu rəqəm 2-3 dəfə azalır. Nəticədə göz yaşı bərabər paylanmır və göz quruluğu yaranır:
Bu səbəbdən uzunmüddətli telefon istifadəsi göz sağlamlığına mənfi təsir göstərə bilər.
Göz quruluğunun qarşısını almaq üçün sadə vərdişlər çox faydalıdır:
Bu üsullar gözlərin daha rahat və sağlam qalmasına kömək edir. Əgər göz quruluğu və digər narahatlıqlar sizi tez-tez narahat edirsə, Sağlam Ailə Tibb Mərkəzində göz müayinəsindən keçərək peşəkar diaqnoz və uyğun müalicə ala bilərsiniz.
Telefon istifadəsi zamanı göz quruluğu gözdə yanma, batma, qızarma və tez yorulma ilə özünü göstərir. Vaxtında diqqət edib tədbirlər görmək vacibdir.
Bəli, az göz qırpma və uzun fokuslanma səbəbilə quruluq və yorğunluq yarada bilər.
Göz quruluğu keçməzsə, mütləq həkimə müraciət edib göz müayinəsindən keçmək lazımdır.