Медицинская информация

Dəmir nədir? Orqanizmdə funksiyası nədir?

Orqanizmdə normal qırmızı qan hüceyrələrinin istehsalı üçün dəmirə ehtiyac vardır. Dəmir hemaqlobinin ən vacib elementidir. Hemaqlobin qırmızı qan hüceyrələrində olan, oksigeni orqanizmdə daşıyan zülali birləşmədir.

Orqanizmdə dəmir əksikliyi anemiya, mikrosit və hipoxromatik qırmızı qan hüceyrələrinin yaranmasına səbəb olur.

Orqanizmə dəmirin həddindən artıq daxil olması nəticəsində orqan və toxumalarda dəmir birləşmələrinin toplanması baş verə bilər ki, nəticədə bu  qaraciyər, ürək və pankreası zədələyə bilir.

Normalda dəmir qida vasitəsi ilə orqanizmə daxil olur. Daha sonra qaraciyər tərəfindən istehsal olunan transferrin vasitəsi ilə orqanizmdə daşınır. Daşınan dəmirin 70% i qırmızı qan hüceyrələrində hemoqlobin ilə birləşir. Geri qalanın çox hissəsi ferritin və ya hemosiderin olaraq depolanır. Az miqdarı isə mioqlobin və bəzi fermentlər kimi digər proteinlərin istehsalı üçün istifadə olunur.

Kəskin və ya xroniki qan itirmə, hamiləlik, dəmirin yetərsiz miqdarda qəbulu zamandı qanda dəmir əksikliyinə rast gəlinə bilər. Dəmir əlavələrinin qəbulu həddindən artıq olmamalıdır. Xüsusi ilə uşaqlarda həddindən artıq dəmir əlavəsinin istifadəsi dəmir zəhərlənməsinə rast gəlinə bilər.

Dəmir analizi nə zaman istək edilir? Dəmir çatışmazlığının əlamətləri 

 

Rutin yoxlanılma zamanı qanın kliniki analizinin  nəticələri normal olmadıqda (məsələn, aşağı hematokrit və ya hemoglobin) və ya həkim aşağıdakı əlamət və simptomlara əsasən dəmir çatışmazlığından şübhələnirsə, bir və ya daha çox dəmir analizi təyin oluna bilər:

  • Yorğunluq, zəiflik
  • Enerji itkisi
  • Qarın ağrısı
  • Cinsi istəyin azalması
  • Ürək problemləri

Həkim xroniki dəmir yüklənməsindən (hemoxromatoz) şübhə etdikdə, ferritin analizi, transferrin doyma əmsalı, dəmir bağlama xüsusiyəti kimi analizlər təyin edə bilər

Dəmir çatışmazlığı müxtəlif dərəcələrdə olur. Ən yüngül halda bədəndə kifayət qədər funksional dəmir olmasına baxmayaraq, əlavə dəmir ehtiyatının olmamasıdır. Bu mərhələdə serum dəmir səviyyəsi normal olsa da, ferritin səviyyəsi azalmış olacaq. Dəmir çatışmazlığı artdıqca, bütün dəmir ehtiyatları tükənir və bədən dəmir nəqlini sürətləndirmək üçün daha çox transferrin istehsal etməyə başlayır. Transferrin və dəmir bağlama xüsusiyəti artır, serum dəmir azalır. Bu mərhələ irəlilədikcə daha az qırmızı qan hüceyrəsi meydana gəlir. Dəmir defisiti anemiyasında qırmızı qan hüceyrələrinin sayı azalır və bir çox hüceyrə normaldan daha solğun və kiçik görünür.

Dəmir səviyyəsi yüksəkdirsə, dəmir bağlama xüsusiyəti və ferritin səviyyəsi normaldırsa, dəmirin həddindən artıq dozası klinik anamnezlə uyğundursa, o zaman dəmir zəhərlənməsi halı  mümkündür. Dəmir zəhərlənməsi bir anda çox miqdarda dəmir qəbul edildikdə baş verir. Nadir bir vəziyyət olsa da, daha çox valideynlərinin dəmir əlavələrini istifadə edən uşaqlarda olur. Dəmir zəhərlənməsi bəzi hallarda ölümcül ola bilər.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi