Медицинская информация

Orqanizmdə helmintlər (qurdlar)

Helmintlər-qurdlar

Bağırsaq parazitləri ən çox yayılmış sağlamlıq problemlərindən biridir. Çirklənmiş sudan, pis yuyulmuş tərəvəzlərdən, bişməmiş ətdən, kətandan və parazit yumurtalarının töküldüyü çamaşırlardan, torpaqdan, heyvanlardan və hətta havadan keçə bilər. Bağırsaq parazitlərinin törətdiyi infeksiyaların əksəriyyəti heç bir əlamət göstərmir və diaqnoz adətən nəcisin müayinəsi ilə qoyulur. Bağırsaq parazitlərinin simptomları bir çox amillərə görə dəyişir. Simptomlar parazitin növünə, yerləşdiyi orqana və parazitin miqdarına görə fərqlilik göstərə bilir.

Yumru qurdlar adətən əlamətsiz olur. Lakin xüsusi ilə uşaqlarda olmaqla çox miqdarda orqanizmə daxil olduqda qan azlığına, qidalanmanın pozulmasına, fiziki və zehni inkişafın azalmasına səbəb ola bilər.

Qurd xəstəlikləri və Qurdun Əlamətləri:

  • Gecə anus nahiyəsində qaşınma
  • anemiya, çəki itkisi və yorğunluq
  • qidalanmanın pozulması,
  • qusma və ishal,
  • mədə ağrısı,
  • yatarkən ağızdan su axması
  • səhər oyanarkən yastığın ağız suyu ilə islanmış olması

Bunlar ümumi simpitomlardır lakin qurdun növündən asılı olaraq bu əlamətlərdə dəyişiklik ola bilər. Misal olaraq ən çox rast gəlinən qurdlardan biri olan ascariddə öskürək, nəfəs darlığı, qanlı bəlğəm, yüksək hərarət kimi əlamətlərə də rast gəlinir.

Qurdların yoxlanılması adətən nəcisin kliniki analizi və ya nəcisdə qurd yumurtalarının təyini ilə aparılır. Burada ümumi olaraq qurd yumurtaları yoxlanılır. Qurdların yumurta qoyma vaxtları müxtəlif olduğundan analizin 2-3 gün ara ilə 3  dəfə verilməsi tövsiyyə olunur. Buna əlavə olaraq qurdların qanda əksicimlərinin təyini ilə də yoxlanılması mümkündür. Burada hər bir qurdun əkscisimləri ayrı ayrılıqda yoxlanılır.  Belə ki Lamblianın İgG, İgM, İgA formaları, Ascarid, Trixinella, Toxokara, Opistorxis, Exinokokun qurdlarının isə İgG formalarının yoxlanılması klinikamızda aparılır.  Ascarid və Lamblia qurdlarının yoxlanılmasında fərqli metodlardan da istifadə etmək mümkündür. Lamblia antigenlərinin nəcisdə təyini və Ascaridin PZR üsulu ilə nəcisdə və bəlğəmdə aşkarlanması mümkündür.

Ascarid: Soxulcanabənzər şəkildə olan askaridaların uzunluğu 15-20 sm-ə çatır. İnsan bağırsağında 1 ilə qədər yaşayır. Bunların törətdiyi xəstəlik zamanı-ümumi zəiflik, qarın nahiyəsində ağrı, yatanda ağızdan su axması və dişlərin bir- birinə sürtmə halları baş verir . Askarid yumurtaları natəmiz əllərlə,təmiz yuyulmamış meyvə -tərəvəzlərlə və su ilə keçə bilər.

Giardia lamblia.

İnsan orqanizmdə aylarla, hətta illərlə yaşayaraq onlara zərər verməkdə davam edirlər. Lyamblioz zamanı nəcis ifrazında pozğunluq, nəcisdə selik, köpük, iştahanın azalması, artmış yanğı hissiyyat, qarında köp və ağrı olur. Üz dərisində səpkilər yarana bilər. Lyamblioz-lyamblya tərəfindən yuyulmamış meyvə- tərəvəz,təmizlənməmiş sudan keçir.

Trixinella

Bu xırda qurdla yoluxma yaxşı bişirilməmiş və ya qızardılmamış ət məhsullarından istifadə nəticəsində baş verir. Trixinella insanın əzələlərində(xüsusən diafraqma ,qırtlaq,dil,göz,qabırğaarası əzələlərdə)yaşayır. Şikayət:əzələ ağrıları, qızdırma, mədə-bağırsaq pozğunluqları, üzdə(xüsusən göz qapağında )şişkin olması əlamətləri ilə müşayiət edilir. Orqanızmi zəhərləyərək nəticədə miokardit, ağ ciyərlərin, böyrəklərin iltihabı və s.kimi ağır patoloji hallara səbəb ola bilər.

Echinococcus granulosus. 

Bu helmint insanın qaraciyəri və digər orqan toxumalarını zədələyir. Exinokokk diametri

bir neçə mm-dən 15-20 sm-dək çata bilər. Əksər hallarda qaraciyərdə, bir qədər az hallarda ağciyərdə məskən salaraq uzun illər ərzində tədricən böyüyür. İnsanın yoluxması əsasən bu parazitin yumurtaları olan itlərlə təmas nəticəsində baş verə bilər

Şikayətlər:qaraciyəri zədələdiyi halda-sağ qabırğa altında ağrılar, bəzən qızdırma, sarılıq, hətta assit(qarın boşluğunda mayenin yığılması)əmələ gəlir.

Ağ ciyərlərdə zədələnməsi nəticəsində-quru öskürək,tənginəfəslik,qanlı bəlğəm ifrazı baş verir.

Opisthorchiasis.

İlk öncə qaraciyər və öd yollarını zədələyir.İnsan orqanizmə tam bişməmiş balıqdan keçir.

Xroniki formada olur.

Şikayətlər.ürək bulantıları,yağlı qida qəbul edə bilməməsi,ağız boşluğunda acılıq.

Toxocariasis.

Əsasən itlərdən insana kecir, insandan insana keçmir. Gigiyena qaydalarına riayət etmədikdə də yoluxma baş verir. Əsasən ürək və mərkəzi sinir sistemində ciddi dəyişikliklərə gətirib çıxardır.

Diaqnostika: 95% İFA üsulu ilə təyin olunur Toksocara İgG (nəcisdə aşkarlanmıya bilər)

Enterebioza (bizquyruq) görə sıyrıntı.

Bizquyruqla yoluxmaya enterebioz deyilir. Onların bağırsaqlarda yaşama dövrü 28-56 gün təşkil edir.Enterebioz immun sistemini kəskin şəkildə zədələdiyi üçün təhlükəli hesab edilir. Bizquyruqlar bağırsağın(xüsusən anus ətrafında), cinsi orqanların, sidik kanalı dəliyinin iltihabını törədə bilirlər. Appendiks çıxıntısına daxil olmaqla appendisitə də səbəb ola bilərlər. Diaqnostika: Material gigiyenik prosedurlar aparılmadan perianal sahəyə şəffaf yapışqanlı lentin yapışdırılması yolu ilə toplanır. Prosedur səhər yuxudan oyandıqdan dərhal sonra aparılır.

Yapışqan lent qoparıldıqdan sonra əşya şüşəsinin üzərinə yapışdırılır və klinikaya  çatdırılır.

Qurd xəstəliklərindən qorunmaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır.

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi