Haqqımızda

?>Rəhbərlik ?>Karyera ?>Lisenziya və mükafatlar ?>İnkişaf tariximiz

2003-cü ildən “Biz xəstəxana deyil, profilaktik müayinə mərkəziyik” idealogiyası ilə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəfi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır.

Hal-hazırda mərkəzimizin Bakı, Gəncə və Sumqayıt şəhərlərində 5 filial fəaliyyət göstərir. 

ISO 9001:2008 keyfiyyət standartına malik mərkəzimiz yarana biləcək xəstəliklərin qarşısını almaq məqsədilə yüksək texnologiya əsasında fəaliyyət göstərərək, respublikamızdakı tibb müəssisələri arasında özünəməxsus yerə sahibdir.

Tam avtomatlaşdırılmış sistem, Amerika və Avropa istehsalı olan reagentlər, keyfiyyətə xüsusi nəzarət və elektron idarəetmə sistemi pasiyentlərimizin bizə olan inamını və güvənini daim artırır.

Mərkəzimizdə göstərilən xidmət çeşidini artırmaq üçün beynəlxalq akkreditasiya olunmuş laboratoriyalar ilə əməkdaşlıq edirik. Bizə müraciət edən pasiyentlərə geniş çeşidli xidmət göstərmək məqsədilə dünya tibb sahəsində olan laborator yeniliklər mərkəzimizdə tətbiq olunur.

Göstərdiyimiz yüksək keyfiyyətli xidmətdə ən dəyərli sərvətimiz olan ailə üzvlərimiz xüsusi rola malikdir. Onların səriştəsi, peşəkarlığı, təcrübəsi və əzmkarlığı uzunmüddətli uğurlarımızın əsasını təşkil edir.

Sağlam Ailə Tibb Mərkəzinin İdarə Heyətinin Sədri
Vüqar Eyvazov

Sağlam Ailə qurulduğu gündən etibarən ölkədə ən etibarlı, ən düzgün nəticələrə nail olmaq, gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək üçün yorulmadan, məsuliyyətlə çalışır.

Ailəmiz daima yeniliklərin nəbzini tutur, müasir tendensiyalarla ayaqlaşmağa çalışır, pasiyentlərinə üstün xidmət təqdim etmək üçün onların önəm verdiyi məsələlərdə məmnuniyyəti daha da artırmaq üçün beynəlxalq təcrübəni inamla mənimsəyir.

Gələcəyə baxışımız sağlam nəsil formalaşmasını dəstəkləyərək cəmiyyətin və dövlətin səhiyyə üzrə tərəfdaşı kimi tanınmaq, fəlsəfəsi isə mövqeyinə, ənənə və dəyərlərinə sadiq qalmaqdır.

Görülən bütün işlər və əldə edilmiş nəticələr deməyə əsas verir ki, Sağlam Ailə stabil və dinamik inkişaf edir, nüfuzu ilə beynəlxalq səviyyədə də öz sözünü deyir. Bunun göstəricisi olaraq, bu günədək bir çox mükafatlara layiq görülüb. Əldə etdiyi uğurlarla kifayətlənməyərək daima irəli baxıb, daha böyük uğurlar qazanmaq üçün durmadan irəliləyir.

Bu pilləyə qalxmaqda və müvəffəqiyyətlər əldə edərək seçilməyimizdə iştirak edən Sağlam ailəmizin hər bir üzvünə dərindən təşəkkür edir, birlikdə yeni nailiyyətlər qazanmağı arzulayırıq.

Sağlam Ailə Tibb Mərkəzinin İcraçı Direktoru
Nigar Rüstəmli

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi