Məlumat turları

KonfranslarSəyyar müayinələrTədbirlərMəlumat turları

Dünyanın müxtəlif ölkələrində hələ kiçik yaşlardan uşaqların tibbi biliklər əldə etməsinə xüsusi həssaslıqla yanaşırlar. Bu baxımdan Sağlam Ailə Tibb Mərkəzi olaraq biz də məktəblilərin və tələbələrin maariflənməsinə dəstək olmağa çalışırıq.

Şagirdlərin və tələbələrin diqqətini sağlamlığın qorunmasına istiqamətləndirmək, onların həkimlərə qarşı qorxusunu aradan qaldırmaq və ilkin tibbi biliklər aşılamaq məqsədilə Sağlam Ailə Tibb Mərkəzində mütəmadi şəkildə məlumat turları təşkil edilir.

Məktəblilər və tələbələr turlar zamanı Sağlam Ailə Tibb Mərkəzinin fəaliyyəti haqqında ətraflı şəkildə məlumatlandırıldıqdan sonra müxtəlif xidmət otaqlarında prosesləri müşahidə edərək, yaxından izləyirlər. Klinika nümayəndəsi tur iştirakçılarına analiz götürülməsi, laborator nümunələrin çeşidlənməsi və digər sonrakı mərhələlər haqqında ətraflı məlumat verir.

“Davamlı Sağlamlıq”

“Davamlı Sağlamlıq”

9 iyun 2021-ci il tarixində “Davamlı Sağlamlıq” layihəsinin iştirakçıları üçün Sağlam Ailə Tibb...

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi