Haqqımızda

RəhbərlikKaryeraLisenziya və mükafatlarİnkişaf tariximiz

ISO 9001:2015

“Sağlam Ailə” MMC müştərilərinin tələb və gözləntilərini qarşılayan, ilk öncə qanunverici normativ tələblərə və daha sonra fəaliyyət istiqaməti üzrə beynəlxalq keyfiyyət standartlarının tələblərinə uyğun yüksək keyfiyyətli tibbi xidmətləri göstərir ki, tələblərin təhlili və onlara uyğunluq, müasir texnoloji avadanlıqlardan və üsullardan istifadə xidmət çeşidinin artırılmasına və səhiyyə sektorunda seçilən tibbi təşkilatlardan biri olmağa imkan verir.

Mərkəzimizin əsas fəaliyyəti pasiyentlərinə, korporativ müştərilərinə yüksək keyfiyyətli xidmətlərin göstərilməsinin təmin edilməsidir.

Pasiyentlərimizin məmnuniyyətini və loyallığını təmin etmək əsas məqsədlərimizdəndir.

Göstərdiyimiz yüksək keyfiyyətli tibbi xidmət nəticəsində pasiyentlərimizin, tərəfdaşlarımızın və əməkdaşlarımızın bizə olan inamı uzunmüddətli əlaqələrimizin əsasını təşkil edir.

Təşkilatın  Rəhbərliyi xidmətin keyfiyyətinin yüksəldilməsi və siyasət üzrə məqsədlərə nail olmaq istiqamətində aşağıdakı fəaliyyətləri təmin etməyi öhdəsinə götürür:

  • İnteqrasiya Olunmuş İdarəetmə Sistemini  fasiləsiz təkmilləşdirmək və İSO 9001:2015 Beynəlxalq standartının tələblərinə uyğunlaşdırmaq  yolu ilə göstərilən  xidmətləri stabil keyfiyyətlə təqdim etmək;
  • Yüksək hazırlıqlı, motivasiya edilmiş və gülərüz personal tərəfindən peşəkar xidmət göstərmək;
  • Bütün biznes riskləri  müəyyən etmək   və onların təsir gücünün  azaldılması istiqamətində  tədbirlər görmək;
  • Müştərilərin, bütün maraqlı tərəflərin tələbatlarını və istəklərini müəyyən və təmin etmək məqsədilə, onlarla daimi əlaqədə olmaq;
  • Müasir dövrün tələblərinə uyğun olaraq əməkdaşların peşəkarlıq səviyyəsini daim yüksəltmək və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün onların potensial imkanlarından istifadə etmək;
  • Diaqnostika və təhlil metodlarının daim yenilənmək və aktuallaşdırılması metodu ilə göstərilən xidmətin keyfiyyətini  təkmilləşdirmək;
  • Müasir texnologiyaları və yeni növ tibbi xidmətləri  mənimsəmək;
  • Xidmət zamanı istifadə olunan tibbi vəsaitlərin (avadanlıqlar, tibbi alətlər və  s. materiallarının) keyfiyyətinin yaxşılaşdırılması üçün təchizatçıların qiymətləndirilməsi və idarəolunmasını sistemləşdirmək;
  • Laborator müayinələrin spektrinin genişləndirilməsi və müayinə çeşidlərinin artırılması ilə keyfiyyət göstəricilərini yüksəltmək;
  • İnformasiya texnologiyaları da daxil olmaqla, müasir tibbi və idarəetmə texnologiyalarını tətbiq etmək;
  • Təşkilatda baş verən dəyişiklikləri  planlaşdırılmaq  və  idarə etmək;
  • Uyğun olmayan xidmət səviyyəsini  azaltmaq;
  • Resursların səmərəli istifadəsini təmin etmək;
  • Personalın fəaliyyəti üçün münasib iş mühitini  (iş mühiti, motivasiya sistemi, karyera imkanları) yaratmaq;
  • İSO 9001:2015 standartının tələblərinə uyğun olaraq   Təşkilatın mühitini müəyyənləşdirmək və onun beynəlxalq arenaya inteqrasiyasını təmin etməklə   ən qabaqcıl  tibb  müəssisəsi kimi tanıtmaq;
  • İnteqrasiya Ounmuş İdarəetmə Sisteminin (İOİS) davamlı olaraq yaxşılaşdırılmasını təmin etmək.

ISO 10002:2018

“Sağlam Ailə”MMC İSO 10002:2018 standartının tələblərini nəzərə alaraq   və  Azərbaycan Respublikasının və  Səhiyyə Nazirliyinin qanuni qaydalarına  uyğun olaraq müştərilərinə laborator təhlil, poliklinik və  instrumental müayinə  xidmətləri  təqdim edir. Bununla əlaqədar olaraq o,

  • müştəri məmnuniyyətini pasiyentlərin gözləntilərinə uyğun şəkildə təmin etməyi əsas prinsip kimi müəyyənləşdirmiş;
  • xidmətin keyfiyyətini və müştəri məmnuniyyətini artırmaq üçün davamlı təkmilləşdirməni qəbul etmişdir.

Təklif etdiyimiz xidmətlərdə “Maraqlı Tərəflərə Yönümlü İş” və “Maraqlı Tərəflərin Məmnuniyyəti” əsas anlayışımızdır.“Sağlam Ailə”MMC- bütün maraqlı tərəflərin təkliflərini, tələblərini və narazılıqlarını xidmətin göstərilməsinin yaxşılaşdırılması üçün bir fürsət kimi görür. Hər cür təklif, sorğu və şikayətlər  ”Maraqlı Tərəflərin Məmnuniyyəti Qaydaları” çərçivəsində qiymətləndirilir.

“Sağlam Ailə” MMC həmçinin -Şikayətlərə baxılma prosesini müəyyənləşdirmək və aktiv şəkildə həyata keçirmək öhdəliyini üzərinə  götürür. Bununla əlaqədar olaraq rəhbərlik:

  • Müştəri məmnuniyyətinin səviyyəsini  artırmaq, daxil olan bütün şikayətləri həll etmək və rəylərə açıq, (müştəri şikayətləri də daxil olmaqla) müştəri yönümlü mühit yaratmaqla Təşkilatın göstərdiyi  xidmətləri, o cümlədən müştəri xidmətlərini təkmilləşdirmək qabiliyyətini gücləndirir;
  • Mövcud və müəyyən edilmiş kommunikasiya kanallarını maraqlı tərəflərin ixtiyarına verir;
  • Maraqlı tərəflərdən gələn hər bir bildirişi diqqətlə qiymətləndirir və bunu xidmətlərin təkmilləşdirilməsi üçün bir fürsət kimi görür;
  • O, hər zaman maraqlı tərəflərini dinləməyə, problemləri ilə məşğul olmağa və həlli üçün lazımi dəstəyi verməyə hazırdır;
  • O, maraqlı tərəflərin bildirişlərini ədalətli, obyektiv və qərəzsiz şəkildə idarə edir;
  • Göndərilən hər bildirişə ən qısa zamanda cavab verir;
  • O, öz maraqlı tərəflərini vaxtında məlumatlandırmağa önəm verir;
  • Maraqlı tərəflərin şikayətlərini qiymətləndirərkən heç bir ödəniş tələb etmir;
  • Maraqlı tərəf öz şəxsi məlumatlarını məxfi saxlayır;
  • Aydın, başa düşülən və dəqiq məlumat verir;
  • Effektiv, real və tətbiq edilə bilən həllər təklif edir;
  • Maraqlı tərəfləri ilə uzunmüddətli əlaqələr qurmağı hədəfləyir;
  • Qanunlara və qanuni öhdəliklərə ciddi şəkildə riayət edir.

           PRİNSİPLƏRİMİZ

  • Qanuni qaydalara riayət etmək;
  •  Müştəri gözləntiləri və məmnuniyyətinə əsaslanan xidmətin göstərilməsi;
  •  Müştərilərlə  ünsiyyətində mehriban, nəzakətli və  yardımsevər olmaq;
  •  Müştəri tələb, ehtiyac, təklif və şikayətlərinə həssas və həll yönümlü olmaq;
  •  Müştəri tərəfindən bildirişlərə sürətli yanaşma  və effektiv əks əlaqənin qurulması;
  •  Hər bir müştəriyə bərabər yanaşmaq və  xidmət göstərmək;
  • Müştəri məmnuniyyətini artırmaq üçün xidmət keyfiyyətini davamlı olaraq təkmilləşdirmək.
  • Maliyyə şərtləri və resursları çərçivəsində həllər təklif edir. O, şikayətçiyə verilən həll yollarının effektivliyini təsdiq edir və şikayətçinin razılığını almaqla şikayəti ictimaiyyətlə bölüşür.

Qeyd olunan istiqamətlər üzrə məqsədlərə nail olmaq üçün mərkəzimizdə  beynəlxalq keyfiyyət standartlarına əsaslanan İnteqrasiya Olunmuş İdarəetmə Sistemi (İOİS) yaradılıb, tətbiq edilib və daimi təkmilləşdirilməklə işlək vəziyyətdə saxlanılır. Üzərimizə götürdüyümüz qeyd olunan öhdəliklərin  həyata keçirilməsi və daim nəzarətdə saxlamasına zəmanət veririk.

ISO:15189:2013

Keyfiyyət siyasətinin məqsədi “Sağlam Ailə” MMC-nin  Tibbi Laboratoriyasında laborator  müayinələrin aparılması  üçün  laboratoriyanın səriştəliliyini təmin etməkdir.

Keyfiyyət siyasətinin hazırlanmasının başlıca  məqsədi laborator  xidmətlərdə yüksək keyfiyyəti və müayinə  nəticələrinin izlənilməsini təmin etməklə  obyektiv nəticələrin əldə edilməsi və  buninla da   qeyri-dəqiq nəticələrdən  sığortalanmaqdan ibarətdir.

Laboratoriyanın rəhbərliyi  Laborator xidmətləri  İSO 15189 ”Tibbi laboratoriyalar. Keyfiyyət və səriştəliliyə olan tələblər” Beynəlxalq Standartının tələblərinə uyğun qurmaqla  keyfiyyətli xidmət göstərməyi öhdəlik olaraq üzərinə götürür.

Bununla əlaqədar olaraq Laboratoriyanın  rəhbəri  tərəfindən aşağıdakı hədəflər müəyyən edilmişdir:

  • Laboratoriyada göstərilən xidmətlərin  İSO 15189 standartının tələblərinə uyğun aparılmasını təmin etmək;
  • Göstərilən laborator xidmətlərin  keyfiyyətini sabit saxlamaq üçün nəticələrin izlənilməsini həyata keçirmək;
  • Xidmətlərin göstərilməsinə  cavabdeh olan personalın peşəkarlıq səviyyəsini daim artırmaq və onların potensial imkanlarından istifadə etmək;
  • Laboratoriyanın fəaliyyəti ilə bağlı bütün normativ sənədlərin tələblərini yerinə yetirmək;
  • Müayinələrin yüksək keyfiyyətini təmin etmək üçün laboratoriyanın lazımi cihaz və avadanlıqlarla təminatını təşkil etmək;
  • Laborator müayinələrin spektrinin genişləndirilməsi və müayinə çeşidlərinin artırılması ilə keyfiyyət göstəricilərinin yüksəldilməsini təmin etmək;
  • Bütün proseslərin təkmilləşdirilməsi  də daxil olmaqla  İdarəetmə Sisteminin səmərəliliyini davamlı olaraq  artırmaq;
  • Laboratoriya  tərəfindən göstərilən xidmətlərin  keyfiyyətini  və etibarlılığını təmin etmək;
  • Prosesləri tam avtomatlaşdırmaq;
  • Xidmətin  göstərilməsi zamanı ehtimal olunan  riskləri  müəyyən etmək   və onların təsir gücünün  azaldılması istiqamətində  tədbirlər görmək;
  • Laboratoriyanın xidməti proseslərini ümumi  İdarəetmə  prinsiplərinə uyğun təşkil etmək;
  • Müştərilərin tələblərini hərtərəfli öyrənmək, göstərilən xidmətlərin keyfiyyətini müştərilərin tələb və təkliflərinə uyğun olaraq daim yüksəltmək;
  • Yüksək hazırlıqlı, motivasiya edilmiş və gülərüz personal tərəfindən peşəkar xidmət göstərmək;
  •   İdarəetmə  Sistemini fasiləsiz təkmilləşdirmək və İSO 15189 Beynəlxalq standartının tələblərinə uyğunlaşdırmaq  yolu ilə  göstərilən  xidmətləri stabil keyfiyyətlə təqdim etmək.              
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi