Məxfilik siyasəti

Hörmətli Pasiyent,

Veb saytımızdan istifadə edərkən və təklif etdiyimiz xidmətlərdən yararlanarkən qeyd etdiyiniz fərdi məlumatlarınızın hansı formada istifadə ediləcəyi və necə qorunacağı “Məxfilik siyasəti”mizdə əks olunan qaydada tənzimlənir.

“Məxfilik siyasəti” www.saglamaile.az veb saytında toplanan məlumatlara aiddir və bu veb saytda qeydiyyatdan keçməklə, siz, “Məxfilik siyasəti”nin şərtləri ilə razılaşdığınızı təsdiqləyirsiniz. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, Sağlam Ailə Tibb Mərkəzi yalnız tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etməklə həmin məlumatların Sağlam Ailə Tibb Mərkəzi tərəfindən toplanmasına və işlənməsinə icazə vermiş olursunuz.

Fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat

Fərdi məlumatların işlənilməsi - fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi)

Fərdi məlumatları qoruma öhdəliyi

Konfidensial fərdi məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün vacib amillərdən biri olduğuna görə, bununla bağlı tərəfimizdən lazımi texniki-təşkilati tədbirlər görülmüşdür. Tərəfimizdən toplanılacaq və işləniləcək fərdi məlumatlarınız müvafiq qanunla qorunur. Nəzərinizə çatdırırıq ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq, konfidensial fərdi məlumatlarınız qanunla müəyyən olunmuş hallar və Sizin razılığınız istisna olmaqla üçüncü şəxslərə verilmir.

Sayt istifadəçilərinin şəxsi məlumatları Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına yalnız Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada təqdim oluna bilər.

Sayt İstifadəçinin şəxsi məlumatının məxfiliyinin saxlanılması, qeyri-qanuni və ya təsadüfi ələ keçmə, ləğv olunması, dəyişdirilməsi, bloklaşması, surətinin çıxarılması, yayılması və s. üçüncü şəxslərin qeyri qanuni hərəkətlərin qarşısını almaq üçün lazımi təşkilati və texniki tədbirləri həyata keçirir. 

Əgər siz artıq Sağlam Ailə Tibb Mərkəzinin pasiyentisinizsə, fərdi məlumatlarınızı qorumaq bizim öhdəliyimizdir.

Məlumat mənbələri

Sizin tərəfinizdən təqdim edilən məlumatlar

Veb saytdan istifadə edərək daxil etdiyiniz məlumatlar tərəfimizdən toplanılır. Bu yolla əldə edilmiş fərdi məlumatlarınız tamamilə azad iradənizlə təmin etdiyiniz məlumatlardır. Sizdən tələb edilən məlumatların hamısını düzgün və tam olaraq qeyd etməlisiniz. Verdiyiniz məlumatların doğru və tam olmasına görə siz özünüz məsuliyyət daşıyırsınız. 

Məlumatların avtomatik toplanması alətləri - Kukilər

Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. 

Bu veb saytdan istifadə edərək, siz Sağlam Ailə Tibb Mərkəzinin məlumatları müəyyən edildiyi kimi sizin qurğunuzda saxlaması və daxil olmasına razılıq verirsiniz. Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə veb saytı tərk etməli və ya kuki seçimlərinizi hazırki Məxfilik siyasətində göstərilən qaydada dəyişdirməlisiniz. Kukilərə icazə verilmədiyi halda veb saytdakı bəzi funksiyaların öz funksiyonallığını itirə biləcəyini nəzərə almağınızı xahiş edirik.

Hansı məlumatlar toplanacaq?

Saytdan istifadə etdiyiniz zaman veb serverimiz avtomatik olaraq aşağıdakı təfərrüatları qeyd edir: IP ünvanı; İstifadə olunan brauzer proqramının növü; Saytın istifadə etdiyiniz bölmələri; Saytdan istifadənin tarixi və müddəti və sairə.

Eyni zamanda müxtəlif fərdi məlumatları toplayıb emal edəcəyik: Ad, Soyad və ata adı; Cinsi; Əlaqə məlumatları və sairə.

Məlumatlar hansı məqsədlə istifadə edilə bilər?

Digər veb saytlara keçid

Bu veb sayt vasitəsilə başqa veb saytlara keçidlər təqdim edilə bilər. Sağlam Ailə Tibb Mərkəzi digər veb saytların məzmununa və ya məxfilik siyasətinə görə məsuliyyət daşımır. Başqa veb saytlar fərqli formada öz məlumat toplama və məxflik siyasətinə sahibdirlər. Buna görə də, bu veb sayt vasitəsilə keçid etdiyiniz digər veb saytların məxfilik siyasətini nəzərdən keçirməyiniz tövsiyə olunur.

Digər istifadə şərtləri

Sağlam Ailə Tibb Mərkəzi, istənilən zaman və əvvəlcədən xəbərdar etmədən Məxfilik siyasətinin müddəalarına əlavələr etmək, onları dəyişdirmək və ya çıxarmaq hüququnu özundə saxlayır. Bu cür dəyişikliklər edildikdən sonra siz veb saytdan istifadə etməklə, bu dəyişiklikləri qəbul etmiş olursunuz.

Sağlam Ailə Tibb Mərkəzi, veb saytda əks olunan məlumatların mütəmadi olaraq yenilənməsinə səy göstərəcək. Lakin, Sağlam Ailə Tibb Mərkəzi, İstifadəçi tərəfindən veb sayta daxil edilən məlumatların doğruluğu və tamlığına dair hər hansı zəmanət vermir.

Sağlam Ailə Tibb Mərkəzi, öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər istisna olmaqla, Veb saytın istifadəsi nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə görə heç bir halda məsuliyyət daşımır.

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İstifadəçi onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. İstifadəçinin etirazı bizə yazılı surətdə və ya onlayn qaydada təqdim olunmalıdır. İstifadəçilərin etirazının əsaslandırılması tələb olunmur.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi