Aspartataminotransferaza (AST)

12 Azn

Hüceyrədaxili fermentdir, aminturşu mübadiləsində iştirak edir. Qaraciyər, ürək və eninəzolaqlı əzələlərin zədələnməsinin diaqnostikasında iştirak edir. AST-nin hüceyrələrdə 2 izomeri rast gəlinir: mitoxondrial və sitoplazmik.  Ümumi AST aktivliyinin 2/3 hissəsi mitoxondridə, 1/3 hissəsi isə sitoplazmada yerləşir. Miokardda AST aktivliyi qanda olana nisbətən 10.000 dəfə yüksəkdir.  Ürəyin infarktı zamanı  ən tez yüksələn göstəricilərdən biridir. ALT isə infarkt zamanı əksinə az miqdarda yüksəlir, ona görə də Ritis koeffisenti (AST/ALT nisbəti)  kəskin böyüyür.

Qaraciyər hüceyrələrinin zədələnməsi zamanı  ALT ilə birgə AST-nin də miqdari artır, amma ALT qaraciyər üçün daha spesifik hesab olunur. Proqressiv əzələ distrofiyası və dermatomiozitlər zamanı AST 8 dəfəyədək yüksəlir, lakin digər əzələ patologiyaları zamanı norma daxilində qalır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz 8-14 saat gecə aclığından sonra verilməlidir.
  • Yüngül qida qəbulundan 4 saat sonra müayinənin aparılması mümkündür.
  • Müayinə öncəsi yüksək psixoemosional vəziyyət və fiziki aktivlik istisna olunmalıdır.
  • İnfarkt və ürəkəzələsinin digər xəstəliklərinin diferensial diaqnostikası
  • Qaraciyər xəstəlikləri
  • Eninəzolaqlı əzələlərin patologiyası
  • Dərman preparatlarının qəbulunun kontrolu

AST səviyyəsinin artması:                                                    AST səviyyəsinin azalması:

-Miokard infarktı

-Kəskin revmokardit

-Ağ ciyər arteriyasının tromboemboliyası

-Ürək cərrahiyəsi

-Müxtəlif etiologiyalı hepatitlər (virus,alkohol,toksik maddə)

-Stenokardiya tutması

-Xolestaz

-Skelet əzələlərin zədələnməsi

-Miopatiya

-Kəskin pankreatit

-Qaraciyər xərçəngi

-Ağır gedişatlı nekrotik proseslər,qaraciyər parçalanması

- Vitamin B6 əksikliyi