Yüksək sıxlıqlı lipoproteinlər(YSL,alfa-xolesterin;HDL,HDL-Cholesterol,High density lipoprotein,Alpha-Lipoprotein Cholesterol)-lipid(yağlar və zülalldan ibarət olan birləşmələrdir.

Orqanizmdə yağların işlədilməsi və çıxarılmasını təmin edir.Bu səbəbdən ona “yaxşı xolesterin” adı verilib.

Yüksək sıxlıqlı lipoprotein xolesterin ,YSL-zərdabda apo-B tərkibli lipoproteinlərin(aşağı sıxlıqlı və çox aşağı sıxlıqlı lipoproteinlərin) çökməsindən sonra ,qalıq xolesterin kimi müəyyən edilir.Yüksək sıxlıqlı lipoproteinlər-fosfolipid,hepatositlərdə sintez olunan spesifik zülallar(apolipoproteinlər,apo-zülal),hidrofob lipidlərdən(əsasən xolesterin) ibarət mürəkkəb miselalardır.YSL qanda lipidlərin,o cümlədən xolesterinin periferik toxumaların hüceyrələrindən,o cümlədən damarlardan,ürəkdən,qara ciyərə nəqliyyatını həyata keçirirlər.Qara ciyərdə YSL yağ turşular formasında orqanizmdən xaric oluna bilər.

Xolesterin suda həll olunmur.Ona görə onun orqanizmdə nəqliyyatı üçün protein tərkibli qabıq ilə örtülür.Bu qabıq xüsüsi zülallardan ibarətdir-apolipoproteinlər.Alınmış kompleks(xolesterin+apolipoprotein) lipoprotein adlanır.Qan dövranında bir neçə tip lipoprotein dövr edir.Onlar tərkibində olan komponentlərin proporsiyalar ilə fərqlənir:

  • Çox aşağı sıxlıqlı lipoproteinlər (ÇASL),
  • Aşağı sıxlıqlı lipoproteinlər(ASL),
  • Yuxarı sıxlıqlı lipoproteinlər (YSL).

YSL əsasən zülal hissəsindən ibarətdir,və tərkibində az miqdarda xolesterin var.YSL əsas funksiyası-xolesterin artıqlıqı qara ciyərə nəqliyatıdır.YSL tərkibinə ümumi xolesterolun 30% daxildir.Əgər adamda xolesterinin artmasının irsi səbəbləri var,və yaxud o həddən artıq yağlı qidalar qəbul edirsə,o zaman qanda xolesterin səviyyəsi artır.Və onun artıqlıqı YSL tərəfindən orqanizmdən nataman çıxarıla bilər.Nəticədə xolesterin damar divarlarında nişan şəklində topalaşa bilər,və qanın nəqliyyatına məhdudiyyat qoyula bilər.Həmçinin damar divarları sərtləşir(ateroskleroz),bu ürək-damar xəstəliklərin(miokardın infarktı,ürəyin işemik xəstəliyi),və insultun formallaşmasının riskini artırır.

YSL yüksək miqdarda olması,damarlarda nişan əmələ gəlməsinin riskini azaldır,çünki xolesterin artıqlıqını orqanizmdən xaric olmasına kömək edir.Ümumi xolesterolun və onun fraksiyaların normal səviyyədə olması fonunda,YSL  azalması aterosklerozun progressivləşməsinə gətirir.

YSL konsentrasiyasının kişilərdə <0.9 mmol/l,və qadınlarda <1.2 mmol/l olması,ürəyin işemik xəstəliyin və onun fəsadların inkişaf etməsinin riskin yüksək olması  kimi qiymətləndirirlər.YSL konsentrasiyası >1.56 mmol/l müdafiə(protektiv) funksiya daşıyır.Lipid mebadiləsinin korrekt qiymətləndirilməsi üçün kompleks göstəricilər müayinə olunmalıdır:ümümi xolesterol,triqleseridlər,YSL,ASL,ÇASL,aterogenlik əmsalı.Beləliklə YSL səviyyəsindən asıllı olaraq belə qiymətləndirilə bilər:

  •  YSL <1.0 mmol/ l kiişilərdə,və <1.3 mmol/l qadınlarda – digər amillərdən asıllı olmayaraq aterosklerozun və ürək-damar xəstəliklərin inkişaf etməsinin yüksək riski.
  •  YSL 1.0-1.3 mmol/l kişilərdə,və 1.3-1.5 mmol/l qadınlarda- aterosklerozun və ürək-damar xəstəliklərin inkişaf etməsinin orta risk
  • YSL >1.55 mmol/l- aterosklerozun və ürək-damar xəstəliklərin inkişaf etməsinin riskin aşağı olması;bu zaman damarların divarları xolestorol artıqlıqının neqativ təsirindən müdafiə olunurlar.

Müalicə taktikasının seçimi üçün qanda həm ümümi xolesterol,həm YSL xolesterinin qiymətləndirilməsi vacibdir.Əgər xəstədə normal ümümi xolesterol fonunda,qanda YSL səviyyəsi <0.91mmol/l təşkil edirsə,o zaman ürəyin işemik xəstəliyin profilaktikası məqsədi ilə ən effektiv tədbirlər: fiziki hərəkətlər,siqaret çəkmənin dayandırılması,bədən kütləsinin azalması.Ümümi xolesterolun artması fonunda,YSL səviyyəsinin 0.91 mmol/l aşağı olması tibbi müdaxilə proqramları ümümi xolesterolun müxtəlif xüsusi dietalar vasitəsilə,və yaxud farmakoterapiya vasitəsi ilə azalmasına yönəldirilməlidir.

YSL səviyyəsinin hər 0.13 mmol/l(5 mq/dl) normada aşağı azalması,ürəyin işemik xəstəliyinin inkişaf etməsinin riskini 25% artırır.

YSL səviyyəsindən asıllı olan ürəyin işemik xəstəliyin inkişaf etməsinin riski

Risk dərəcəsi

YSL xolesterin,ümümi xolesterindən % kişilər

YSL xolesterin,ümümi xolesterindən % qadınlar

Təhlükəli

<7

<12

Yüksək

7-15

12-18

Orta

15-25

18-27

Ortadan az

25-37

27-40

Qabağın almasını mümkün olması

>37

>40

 

YSL xolesterin, zaman-zaman dəyişdirilə bilər, tək ölçməsi "adi" sayı heç də hər zaman əks etdirmir.Bu səbəbdən bəzən analizi 1-3 aydan sonra təkrar verməyə məsləhət görülür.Bəzən YSL xolesterinin səviyyəsi  qısa zaman ərzində aşağı və yaxud yuxarı ola bilər.Belə hallar bioloji variasiya adlanır,və orqanizmdə xolesterolun normal metabolizmini əks etdirir.

Yaş

Cins

YSL xolesterin,mmol/l

5 - 10 yaş

Kişi

0,98 - 1,94

Qadın

0,93 - 1,89

10 - 15 yaş

Kişi

0,96 - 1,91

Qadın

0,96 - 1,81

15 - 20 yaş

Kişi

0,78 - 1,63

Qadın

0,91 - 1,91

20 - 25 yaş

Kişi

0,78 - 1,63

Qadın

0,85 - 2,04

25 - 30 yaş

Kişi

0,80 - 1,63

Qadın

0,96 - 2,15

30 - 35 yaş

Kişi

0,72 - 1,63

Qadın

0,93 - 1,99

35 - 40 yaş

Kişi

0,75 - 1,60

Qadın

0,88 - 2,12

40 - 45 yaş

Kişi

0,70 - 1,73

Qadın

0,88 - 2,28

45 - 50 yaş

Kişi

0,78 - 1,66

Qadın

0,88 - 2,25

50 - 55 yaş

Kişi

0,72 - 1,63

Qadın

0,96 - 2,38

55 - 60 yaş

Kişi

0,72 - 1,84

Qadın

0,96 - 2,35

60 - 65 yaş

Kişi

0,78 -1,91

Qadın

0,98 - 2,38

65 - 70 yaş

Kişi

0,78 - 1,94

Qadın

0,91 - 2,48

> 70 yaş

Kişi

0,80 - 1,94

Qadın

0,85 - 2,38

  • Müayinə üçün biomaterial:Venoz qan
  • Müayinəyə 12 saat qalmış(minimal 8 saat,və 14 saatdan çox olmammaq şərti ilə) qidanı qəbul etməmək
  • Fiziki və emosional gərginliyi aradan qaldırmaq.
  • Müayinəyə 30 dəqiqə qalmış siqaret çəkməmə

-İlkin lipid mübadiləsinin pozulmasının diaqnostikası

-İkincili lipid mübadiləsinin pozulmasının diaqnostikası

-Lipid mübadiləsinin aterogen pozulmasının korreksiyasının monitoringi.

-Ateroskleroz,və onunla bağlı xəstəliklər:ürəyin işemik xəstəliyi,miokardın infarktı(riskin qiymətləndirilməsi,diaqnostika,proqnozlaşdırma).

-Qara ciyər xəstəlikləri

-Planlı,profilaktiv müayinələrdə.Ümumi xolesterolun normadan artıq olduğu təqdirdə.Lipidoqramma hissəsi kimi.Lipidoqrammanı 20 yaşdan yuxarı ,5 ildə 1 dəfə hamısına verilməsini tövsiyyə olunur.Heyvan mənşəli yağların məhdudiyyət qoyulmuş dietanın olması,və yaxud hipoxolesterin preparatlarının qəbulu zamanı,lipidoqramma daha tez tez verilə bilər(ürək-damar xəstəliklərin riskin qiymətləndirilməsi məqsədi ilə).

 

-Ürək-damar xəstəliklərinin inkişaf riskini amillər olduğu təqdirdə:

-Siqaretçəkmə

-Kişilərdə 45 yaşdan,qadınlarda 55 yaşdan yuxarı

-Arterial təzyiqin yüksələnməsi(> 140/90 mm.cs)

-Yaxın qohumlarda xolesterin yüksək olması,və yaxud yaxın qohumlarda ürək-damar xəstəlikləri(kişilərdə 55 yaşdan,qadınlarda 65 yaşdan cavan)

-Şəkərli diabet,və bədən kütləsinin artması

-Alkoqolun qəbulu,böyük miqdarda heyvan mənşəlik qidanən qəbulu.

-Aşağı fiziki aktivlik.

-2-10 yaşlı uşaqlarda,əgər ailəsində ürək xəstəlikləri,və yaxud cavan yaşlında xolesterin səviyyəsinin artması qeyd olunurdu

 

YSL artması

YSL azalması

-YSL irsi artması.İlkin irsi hiperxolisterinemiyalar(hiperlipoproteinemiyalar  IA və IIB tipləri)

-Qara ciyərdə YSL metabolizmin pozulması ilə olan xəstəliklər:qara ciyərin ilkin biliar sirrozu,xroniki hepatit,alkoqolizm

-Piyləmə

-Obturasion sarılıq

-Nefrotik sindrom,xroniki böyrək çatışmazlığı

-Şəkərli diabet

-Hipotireoz

-Kuşinq sindromu

-Xolesterin ilə zəngin dieta

-Hamiləlik

-Piyləmə ilə olan xəstəlirin bədən kütləsinin azalması.

-Psixi anoreksiyaDərman preparatların qəbulu:beta blokatorlar,diuretiklər,proqestinlər,oral kontraseptivlər,qlükokortikoidlər,androgenlər,simetedin, siklofenil,estrogenlər,fibrin turşusunun törəmələri(fibratlar),statinlər,nikotinturşusu, fenobarbital,insulin

-Ateroskleroz

-İlkin hipo-alfa-lipoproteinemiya

-Müxtəlif növ ilkin hipertriqleseridemiya.

-Hiperlipoproteidemiya IV tip

-Kəskin bakterial və virus infeksiyalar.

-Xolestaz,qara ciyərin xroniki xəstəlikləri

-Nefrotik sindrom,böyrəklərin xroniki çatışmazlığı.

-Şəkərli diabet

-Piyləmə

-Siqaret çəkmə

-Karbohidratlar ilə və polidoymamış yağ turşuları ilə zəngin dieta

-Stress

-Dərman preparatların qəbulu:beta blokatorlar,danazol,diuretiklər,proqestinlər, androgenlər,interferon,anabolik steroidlər, kortikosteroidlər.

 

Qanda YSL səviyyəsin ölçməsindən sonra aterogenliyin xolesterin əmsalını hesablanmaq olar.

Kxol=Ümumi xolesterol-YSL xolesterin/YSL xolesterin.

Kxol praktiki olaraq aterogen lipoproteinlərin antiaterogen nisbətini əks etdirir.Bu əmsal yenidoğulmuşlarda 1-dən artıq olmur,20-30 yaş arası sağlam kişilərdə 2.5,eyni yaş arası qadınlarda 2.2 təşkil edir.40-60 yaş arası aterosklerozun kliniki təzahürü olmayan kişilərdə 3-3.5,ürəyin işemik xəstələrdə adətən >4,çox vaxt 5-6 təşkil edir.Maraqlı xaldır ki,uzun ömrü olan adamlarda Kxol nisbətən aşağıdır.90 yaşından çox olan adamlarda 3-dən yuxarı olmur.Kxol lipoproteinlərin,ürəyin işemik xəstəliyin,və aterosklerozun inkişaf etməsinin riski baxımından xoş-,və yaxud bədxassəli olmasını daha dəqiq əks etdirir.