AFP alfa-fetoprotein

23 Azn

Ginekologiyada hamiləlik zamanı dölün vəziyyətinin monitorinqi üçün istifadə olunur.  Onkologiyada qaraciyərin birincili xərçənginin onkomarkeridir.

Strukturu albumin zülalına bənzəyir və dölün orqanizmində onkotik qan təzyiqinin tənzimlənməsində iştirak edir. Dölü ana orqanizmi tərəfindən olan immun aqressiyadan qoruyur.

Yetkin şəxslərdə AFP adətən  xroniki hepatitdən, hepatosellülar karninoma və herminativ hüceyrələrin bədxassəli törəməsi zamanı yüksəlir.

  • Son qida qəbulundan ən az 4 saat sonra analizi vernək olar.
  • Analiz dirsək venasından götürülmüş qanda yoxlanılır.

Mama-ginekologiyada

  • dölün anadangəlmə qüsurlarının diaqnostikası (sinir borusunun defekti, Daun sindromu)

Onkologiyada

  • birincili hepatosellülar karsinomanın monitorinqi və dianqostikası
  • qaraciyərdə metastazların təyini
  • risk qrupunda olan pasiyentlərin skrininqi ( qaraciyər sirrozu, Hbs pozitiv olan və alfa-1-antitripsin defisiti olan pasiyentlər)

AFP səviyyəsinin normadan çox olması

1. Dölün inkişaf qüsurelarının prenatal diaqnostikası

  • sinir borusunun açıq defetləri
  • göbək yırtığı
  • qida borusunun atreziyası
  • Mekkel sindromu (irsi anomaliyalar kompleksi – poli- və sindaktiliya, hipospadiya, epispadiya,  sidik kisəsinin ektopiyası və s.)
  • Virus infeksiyası nəticəsində dölün qaraciyərinin nekrozu

2. Onkologiya

  • Birincili hepatosellülar karsinoma
  • Yumurtalıq və xayaların teratoblastoması
  • Digər lokalizasiyalaı bədxassəli şişlər, məsələn mədəaltı vəzi, mədə, yoğun bağırsaq, ağciyərlər. (Bu zaman AFP nisbətən az yüksəlir)

3. Somatik patologiya

  • Xroniki hepatit və sirroz
  • Qaraciyərin alkoqolla zədələnməsi

AFP səviyyəsinin normadan az olması

  • Dölün tələf olması
  • Özbaşına düşük
  • Trisomiya 18
  • Trisomiya 21 (10 həftəlik hamiləlikdən sonra)

Bədxassəli şişin götürülməsindən və müalicədən sonra AFP-nın səviyyəsinin azalması müsbət əlamət  hesab edilir.