Süd vəzi  xərçənginin diaqnostikası və  müalicənin izlənilməsində istifadə edilir.  Onkomarkerin dəyişmə dinamikası, tək-tək götürülmüş nəticələrə nisbətən daha əhəmiyyətlidir.  Belə ki,  onkomarkerin get-gedə artması adətən metastaz verməni göstərir. Metastaz və residivlər zamanı Ca 15-3 əlamətlərin kliniki özünü göstərməsini 6-9 ay qabaqlayır.

  • Analiz üçün son qida qəbulundan azı 4 saat keçməlidir.
  • Analiz dirsək venasından götürülmüş nümunədə yoxlanılır.
  • Xəstəliyin gedişinin monitorinqi, erkən residivlərin aşkarlanması, müalicənin effektivliyinin qiymətləndirilməsi
  • Süd vəzi xərçəngi ilə xoşxassəli mastopatiyanın differensial diaqnostikası

CA 15-3 səviyyəsinin yüksəlməsi

  • Süd vəzi karsinoması
  • Bronxogen karsinoma
  • Mədə xərçəngi
  • Qaraciyər xərçəngi
  • Mədəaltı vəzi xərçəngi
  • Yumurtalıq, uşaqlıq xərçəngi
  • Autoimmun xəstəlik
  • Hamiləliyin 3-cü trimesterində CA 15-3ün fizioloji yüksəlməsi mümkündür ( 50 ed/ml-dək)