Kalsium (Ca)

13 Azn

Kalsium sümük toxumasının əsas komponentidir. Həmçinin  orqanizmdə çox vacib struktur, metabolik və requlyator funksiyalar yerinə yetirən biogen elementdir.  Kalsiumun 99%-i sümük toxumasında yerləşir, yalnız 1%-i serum və digər bioloji mayelərin tərkibindədir. 

Qanda kalsium 3 formada rast gəlinir

  1. Sərbəst (ionlaşmış) kalsium. Bu kalsiumun fizioloji aktiv formasıdır.
  2. Anionlarla-laktat, fosfat, bikarbonat, sitrat  birləşmiş kalsium
  3. Zülallarla (daha çox albuminlə) birləşmiş formada olan kalsium

Orqanizmdə kalsium bu funksiyaları eyrinə yetirir: sümük və dişlərin möhkəmliyini təmin edir, sinir-əzələ oyanmasında iştirak edir, hüceyrə membranının keçiriciliyini tənzimləyir, fermentativ aktivlikləri  idarə edir, qanın laxtalanmasında (VII, IX və X faktorları aktivləşdirir) rol oynayır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Analiz səhər 8-11 arası verilməlidir.
  • Müayinə öncəsi çox yeməkdən qaçınmaq lazımdır.
  • Osteoporozun diaqnostika və skrininqi
  • əzələlərin hipotoniyası
  • qıcolma sindromu, paresteziya
  • mədə və 12barmaq bağırsağın xora xəstəliyi
  • poliuriya
  • ürək-damar xəstəlikləri
  • cərrahi əməliyyata hazırlıq
  • hipertireoz
  • bədxassəli şişlər
  • sidikdaşı xəstəliyi
  • sümüklərdə ağrılar

Kalsium miqdarının yüksəlməsi (hiperkalsiemiya)

  • birincili hiperparatireoz
  • tireotoksikoz
  • Vitamin D hipervitaminozu
  • Böyrəküstü vəzi çatışmazlığı
  • Hemoblastozlar
  • Bədxassəli şişlər
  • Yenidoğulmuşların idiopatik hiperkalsiemiyası
  • Kəskin böyrək çatışmazlığı
  • Sarkaidoz və digər qranulematoz  xəstəliklər
  • Yatrogen hiperkalsiemiya
  • Böyrəklərin xəstəlikləri
  • Tiazid diuretiklərin dozasının aşılması

Kalsium səviyyəsinin azalması (hipokalsiemiya)

  • Birincili hipoparatireoz
  • Ikincili hipoparatireoz
  • Hipomagniemiya
  • Psevdohipoparatireoz
  • Vitamin D hipovitaminozu
  • Kəskin pankreatit
  • Xroniki böyrək çatışmazlığı
  • Qaraciyər çatışmazlığı
  • Kalsium ionlarının sekvestrasiyası