Qlikohemoqlobin (HbA1C)

28 Azn

Hemoqlobin 4protein tərkibli  subvahidlərdən ibarətdir.Eritrositlərdə yer alan subvahidlərin hamısında maddə kimi hem,və qırmızı rəngə boyanmış zülal yer alır.Onun əsas vəzifəsi qanda oksigeni və karbon qazın nəqliyyatıdır.Hemoqlobinin hər bir molekulası 4 molekul oksigen bağlamağa qadirdir.Hemoqlobin çoxsaylı fraksiyalar və törəmələrdən ibarətdir.Hemoqlobinin heterogen qrupunun tərkibində olan HbA1c bir çox qlikozilir hemoqlobinlərdən biridir,yəni müxtəlif növ şəkərlərin hemoqlobin molekuluna əlavə olunanmasının nəticəsində formallaşan subfraksiyadır.HbA1c formallaşması iki mərhələdə keçir: əvvəlcə ferment reaksiyası olmayan qlükoza ilə hemoqlobinin beta-zəncirin tərkibində olan N-terminal aminoqrup arasında reaksiya keçir(HbA).Bu mərhələdə labil HbA1c formallaşır(geriyə dönə bilən aldimin ).İkinci etapda stabil HbA1c formallaşır(ketoamin).Qlikohemoqlobin sağlam adamların qanında da qeyd olunur.Bu reaksiyanın sürəti və əmələ gələn qlikohemoqlobinin miqdarı eritrositin ömür dövrü təşkil edən qanda qlükozanın orta konsentrasiyasından asılıdır.Reaksiyanın nəticəsində bir neçə form qlikohemoqlobin əmələ gəlir: HbA1a,HbA1b,HbA1c.Axırıncı forma miqdar cəhətdən üstünlük edir,və şəkərli diabetin ağırlıq dərəcəsi ilə daha düz korrelyasiya edir.

Qlikohemoqlobin özündə eritrositlərin ömür dövrü təşkil etdiyi(120 gün) hiperqlikemiyanı əks etdirir. Qanda dövr edən eritrositlər müxtəlif yaşa malikdirlər.Ona görə adətən ortalanmış müddətinə əsaslanırlar.Qlikohemoqlobin səviyyəsi bu müddət ərzində karbohidrat mübadiləsinin ortalanmış göstəricisidir.Qlikohemoqlobin səviyyəsinin normallaşması qanda qlükoza miqdarının normallaşmasından 4-6 həftə sonra qeyd olunur.Şəkərli diabet olan xəstələrdə qlikohemoqlobin səviyyəsi 2-3 dəfə artıq ola bilər.

ÜST tövsiyələrə əsasən bu test şəkərli diabeti nəzərdə saxlamaq üçün optimal və lazimi sayılır.Şəkərli diabet ilə olan xəstələrə bu testi üç ayda bir dəfə verməyə tövsiyyə olunur.Şəkərli diabetin müalicə taktikasını nəzərdə saxlamaq üçün qlikohemoqlobin konsentrasiyasını 7%-dan aşağı səviyyədə saxlamaq tövsiyyə olunur.8%-dan yuxarı nəticə isə müalicə taktikasını dəyişdirməyə göstərişdir.

Kliniki tədqiqatlar göstərir ki,qlikohemoqlobin konsentrasiyası 1% artması qanda qlükoza səviyyəsinin 2mmol/l artması ilə üst üstə düşür.Qlikohemoqlobin şəkərli diabetin fəsadlarının əmələ gəlmə riskini qiymətləndirməyə kömək edir.Sübuta olunub ki,qlikohemoqlobin səviyyəsi 1/10 azalması diabetik retinopatiya riskini 45% azaldır.

  • Biomaterial:Venoz qan
  • Müayinəyə 2-3 saat qalmış qidanı qəbul etmək olmaz.Təmiz su içmək olar.
  • Müayinəyə 30 dəqiqə qalmış yüksək fiziki və emosional gərginliyi aradan götürmək.
  • Müayinəyə 30 dəqiqə qalmış siqaret çəkmək olmaz.
  • Şəkərli diabet olan xəstələrdə qanda qlükoza səviyyəsinin kontrolu üçün–belə xəstələr üçün qlikohemoqlobin səviyyəsinin mümkün qədər normaya yaxın miqdarda saxlanılması çox vacibdir. Bu böyrəklərə,gözlərə,ürək-damar sisteminə,və sinir sisteminə olan ziyanı minimallaşdırmaq üçün olunur.
  • Xəstədə qanda qlükozanın  konsentrasiyasını 2-3 aya olan ortaq miqdarını öyrənilməsi üçün.
  • Diabetin müalicəsi üçün atılan addımların düzgünlüyünün təstiqlənməsi və onların korreksiya edib-etməməsi haqqında fikir toplanması.
  • Bu yaxınlarda şəkərli diabet diaqnozu qoyulmuş xəstələr üçün qanda qlükoza kontrol olunmayan artması.
  • Profilaktiv məqsədi ilə.Şəkərli diabetin erkən mərhəlləsinin diaqnoz etməsi üçün.
  • Diabetin növündən və onun aparılan müalicənin keyfiyyətindən asılı olaraq,qlikohemoqlobin testi ildə 2-4 dəfə aparılır.Orta hesabla şəkərli diabet ilə olan xəstələr ildə iki dəfə bu analizi verir.
  • Üstəlik qlikohemoqlobin testi şəkərli diabet şübhəsi olan xəstələrdə,aşağıdakı simptomların biri olanda aparılır.

              Güclü susuzluq                                                       Görmə qabiliyyətin pisləşməsi

                     İnfeksiyalara artmış həssaslıq                              Tez yorulma

                      Tez-tez böyük miqdarda işəmə

Nəticəyə təsir edə bilən amillər:Hemoqlobinin anomal formaları ilə olan xəstələrdə(oraqvai anemiya və s.) qlikohemoqlobin miqdarı aşağı olacaq.Ondan başqa,əgər xəstədə anemiya,hemoliz,güclü qanaxma qeyd olunursa onun nəticəsi aşağı çıxa bilər.Digər tətrəfdən dəmir çatışmamazlığında,yaxın vaxtlarda keçirilən qan köçürülməsindən(duru qan konservantları yüksək konsentrasiyaya qlükozaya malikdir) sonra qlikohemoqlobin miqdarı yuxarı göstərə bilər.

Qlikohemoqlobin %

Qiymətləndirmə

4-6,2 %

Şəkərli diabet olmaması

>6,5 %

Şəkərli diabetin diaqnostik kriteriyası

5,7-6,4 %

Şəkərli diabet və onun fəsadlarının inkişaf etməsinin yüksək risk (şəkərli diabetin inkişaf etmə riskinin artması ilə əlaqədar olan qlükozaya tolerantlığın pozulması),ADA göstəricilərə əsasən

6-6.5%

Şəkərli diabet və onun fəsadlarının inkişaf etməsinin yüksək risk(ÜST göstəricilərə gərə)