B 12 vitamin çatışmazlığı ən çox rast gəlinən vitamin defisitlərindən biridir.  Digər adıyla kobalamin qırmızı qan hüceyrələrinin, DNT-nin əmələ gəlməsində, sinir sisteminin fəaliyyətində vacib rol oynayır. İnsan orqanizmində sintez olunmur, yalnız qida vasitəsilə qəbul edilir. Ət, balıq, yumurta və süd məhsullarının tərkibində vardır.

Vitaminin çatışmazlığının səbəbi qida ilə yetərincə qəbul edilməməsi və ya orqanizmin onu həzm edə bilməməsidir.  Vitamin çatışmazlığının risk qrupuna aiddir:

  • Yaşlı şəxslər
  • Qida rasionundan heyvan mənşəli qidaları tam çıxaran insanlar (vegeterianlar)
  • Bağırsağının bir hissəsi çıxarılmış pasiyentlər
  • Müəyyən dərman maddələri (məs, metformin diabet zamanı , antasidlər mədə xəstəliklərində) qəbul edən pasiyentlər

Hazırda B vitamini çatışmazlığının müalicəsi və profilaktikası üçün qida əlavələri və inyeksiyaları vardır. Lakin həkimlə məsləhətləşməmiş belə preparatların qəbul etmək düzgün deyildir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz 8-14 saat aclıqdan sonra verilməlidir. Su içmək olar.
  • Yüngül qida qəbul olunubsa, ən tez 4 saat sonra analiz vermək olar.
  • Solğun,  sarımtıl dəri,
  • zəiflik və tez yorulmaq,
  • anemiya,
  • əl və ayaqlarda iynəbatma hissi,
  • koordinasiyanın pozulması,
  • ağız boşluğu və dilin iltihablanması,
  • təngənəfəslik,
  • başdönməsi, 
  • görmənin zəifləməsi,
  • depressiya,
  • aybaşının olmaması

Yüksək B12 səviyyəsi

  • Xroniki böyrək çatışmazlığı,
  • ürək çatışmazlığı,
  • şəkərli diabet,
  • polistemiya,
  • qaraciyər xəstəlikləri  
  • zülal malnutrisyası
  • kəskin və xroniki mieoleykoz, monositar leykoz

Aşağı B12 səviyyəsi

  • malabsorbsiya
  • vegeterian pəhrizi
  • alkoqolizm
  • nazik bağırsağın xroniki iltihabi xəstəliyi, qastrit
  • qurd invaziyası
  • Adisson-Birmer xəstəliyi
  • Alsheymer xəstəliyi
  • Transkobalamin defisito