Vitamin B9 (Fol turşusu)

34 Azn

Fol turşusu normal hemopoez üçün çox vacib vitamindir.  Bağırsağın mikroflorasında sintez olunur. Hissəvi olaraq qida ilə də daxil olur ( ispanaq, lobyakimilər, dənəli bitkilər və s.).  Purin, pirimidin , DNT, RNT, zülal sintezi, xolin mübadiləsində iştirak edən fermentlərin kofaktorudur.

Fol turşusu  hüceyrələrin bölünməsində böyük rol oynayır,  hemoqlobin və mioqlobində zülal qrupu ilə hemin birləşməsini təmin edir.  Eritro-,  leyko-, trombositopoezi, bütün orqan və toxumalarda  regenerator prossləri stimulə edir. Fol turşusunun həmçinin  anti-aterosklerotik, onkoprotektor və nootrop təsiri vardır.

Fol turşusu çatışmazlığı  meqaloblastik anemiyaya səbəb olur. Həmçinin bu zaman hipotrofiya, sümük iliyi funksiyasının zəifləməsi,  mədə-bağırsağın  selikli qişasının, dəri örtüklərinin  normal inkişafı pozulur.  Hamilələrdə fol turşusu çatışmazlığı  düşüklərə, plasentanın vaxtından əvvəl qopmasına,  spontan abortun başverməsinə, döldə anadangəlmə eybəcərliklərə, hidrosefaliyaya, beyin yırtıqlarına və s. səbəb olur, dölün zehni inkişafını ləngidir. 

Qaraciyərdə fol turşu ehtiyatı az miqdarda toplanır, ona görə də qəbulunun dayandırılmasından 1 ay sonra artıq çatışmazlığı yaranır, fol turşusu ilə  bağlı anemiya isə 4 ay sonra özünü göstərir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
  • Makrositar anemiyanın  diaqnostika və differensial diaqnostikası
  • Kimyaterapiyası və şüa terapiyası zamanı qan sistemində patologiyaların diaqnostikası

Fol turşusu miqdarının yüksəlməsi

  • Vegeterian pəhrizi
  • Pernisioz anemiya
  • Nazik bağırsağın distal hissəsinin xəstəliyi

Fol turşusu miqdarının azalması

  1. Qida vasitəsilə yetərsiz qəbulu və ya sorulmasının pozulması
  • Qida tərkibində çatışmazlığı
  • Anoreksiya
  • Alkoqolizm
  • Malasorbsiya, seliakiya, spru, enterit, mədə və bağırsaq rezeksiyası zamanı sorulmanın pozulması
  • Fol turşusunun sorulmasını pozan preparatların qəbulu (aspirin, qıcolma əleyhinə preparatlar, estrogenlər, nitrofuran, oral kontraseptivlər, antasidlər, xolestiramin, sulfasalazin)
  1. Fol turşusunun normal qəbulu fonunda ona olan  təlabatın artması
  • Hamiləlik və laksasiya
  • Intensiv böyümə mərhələsi
  • Qızdırma, septik vəziyyət
  • Hemolitik anemiya
  • Bədxassəli şişlər
  • Uşaqlarda hipertireoz
  • Sideroblastik anemiya
  • Qaraciyərin xəstəlikləri
  • Xroniki hemodializ