Qanın ümumi analizi+leykoformula

19 Azn

  Qanın kliniki  analizi (QKA) - qanın keyfiyyət və kəmiyyət xüsusiyyətlərini göstərən geniş müayinədir. Bir çox xəstəliklərin diaqnostikasında və müalicəyə nəzarət kimi istifadə olunur. Qanın kliniki analizi, leykositar formula ve EÇS-lə birlikdə tibbi praktikada ən çox istifadə olunan analizlərdən biridir.

   Qanın kliniki analizinin göstəricilərin öyrənilməsi anemiya, polisetemiya, trombositopeniya, trombositoz və leykopeniya, leykositoz  kimi vəziyyətləri qiymətləndirməyə imkan verir ki,bu vəziyyətlər həm hər hansı xəstəliyin simptomu,həm də müstəqil patologiya zamanı ola bilir. 

Analiz zamanı aşağıdakı göstəricilər müəyyən olunur:

 

  • (WBC)Leykositlər - orqanizmə yad olan agentlərə qarşı mübarizə aparırlar. Onların faqositoz, hüceyrə və humoral immunitet, antimikrob, antitoksik, antitel əmələgətirmə kimi vacib funksiyaları vardır.
  • (Neut)Neytrofillərin %lə miqdarı  - vəzifəsi bakterial  infeksiyalardan orqanizmi qorumaqdır. 
  • (Lym)limfositlərin %lə miqdarı - əsas vəzifəsi  yad antigenləri təyin etməsi və onlara qarşı adekvat immun cavabında iştirak etməsidir
  • (Mon)Monositlərin %lə miqdarı – iltihab ocağında və  destruksiya olmuş toxumalarda  makrofaq funksiyasını həyata keçirirlər, iltihab sahəsini ölü hüceyrələrdən təmizləyirlər.
  • (EO)eozinofillərin %lə miqdarı -   antigen-antitel kompleksini faqositozunu aparırlar. Əsas vəzifələri parazitlər ilə mübarizə və allergik reaksiyaları nəzarətdə saxlamaqdır.
  • (Baso) Bazofillərin %lə miqdarı -əsas vəzifəsi sürətli hiperhəssaslıq reaksiyalarında iştirak etməsidir. Bundan başqa iltihab və allergik reaksiyalarda, damar divarın keçiciyinin idarə olunmasında rol oynayırlar.
  • (Neut)Neytrofillərin mütləq sayı - vəzifəsi bakterial  infeksiyalardan orqanizmi qorumaqdır. 
  • (Lym)limfositlərin mütləq sayı - əsas vəzifəsi  yad antigenləri təyin etməsi və onlara qarşı adekvat immun cavabında iştirak etməsidir
  • (Mon) Monositlərin mütləq sayı
  • (EO)eozinofillərin mütləq sayı-   antigen-antitel kompleksini faqositozunu aparırlar. Əsas vəzifələri parazitlər ilə mübarizə və allergik reaksiyaları nəzarətdə saxlamaqdır.
  • (Baso)Bazofillərin mütləq sayı - əsas vəzifəsi sürətli hiperhəssaslıq reaksiyalarında iştirak etməsidir. Bundan başqa iltihab və allergik reaksiyalarda, damar divarın keçiciyinin idarə olunmasında rol oynayırlar.
  • (RBC) Eritrositlər - nüvəsiz qan hüceyrələrdir, tənəffüs piqmenti olan dəmir tərkibli zülal - hemoqlobin ilə zəngindirlər. Eritrositlərin əsas vəzifəsi - oksigen nəqliyyatıdır.
  • (HGB)Hemoqlobin - qanın tənəffüs piqmentidir, eritrositlərdə yerləşir, oksigen və karbon turşusunun nəqliyyatında iştirak edir.
  • (HCT)Hematokrit - qanda bütün formalı elementlərin qanın ümumi həcminə olan faiz nisbətidir.
  • (MCV)eritrositlərin orta həcmi - eritrositlərin orta həcmini əks etdirir. Anemiyaların diaqnostikasında istifadə olunur.
  • (MCH)eritrositdə hemoqlobinin orta miqdarı – eritrositlərin hemoqlobinlə doyma göstəricisini əks etdirir.
  • (MCHC)eritrositdə hemoqlobinin orta konsentrasiyası - eritrositlərin hemoqlobinlə doyma göstəricisini əks etdirir.
  • RDWCV anizositoz – eritrositlərin həcminə görə heterogenliyini əks etdirir.
  • RDW SD anizositoz - eritrositlərin həcminə görə heterogenliyini əks etdirir.
  • (PLT Platelets)Trombositlər - Trombositlər angiotrofik, adheziv-aqreqasiya funksiyaları yerinə yetirirlər, laxtalanma və fibrinoliz proseslərində iştirak edirlər, qan laxtasının retraksiya funksiyasını yerinə yetirirlər.
  • (PDW)trombositlərin anizositozu – trombositlərin həcminə görə heterogenliyini əks etdirir.
  • (MPV)trombositlərin orta korpuskulyar həcmi - müayinə olunan trombositlərin orta həcmini göstərir.Trombositlərin funksional aktivliyi, hüceyrələrin adheziyaya meyilliyi trombositlərin həcmə görə dəyişilməsi arasında bağlılıq müşahidə olunur.
  • (P-LCR)trombosit nisbəti: böyük hüceyrələr – normal ölçülü trombositlərə nisbətən  böyük trombositlərin faizlə miqdarını əks etdirir.
  • (PCT)trombokrit – trombositlərin  tam qanın həcminə olan nisbətidir.
  • (EÇS)Eritrositlərin çökmə sürəti - plazmanın zülal tərkibinin dəyişilməsini əks etdirən qeyri-spesifik göstəricidir. Əksəriyyətda iltihab vəziyyətlərdə və onların müalicəsinin monitoringi zamanı istifadə olunur.  Plazmada kəskin faza zülalların (fibrinogen, C-reaktiv zülal, alfa- və qamma-qlobulinlər, paraproteinlər) artması nəticəsində EÇS də artır.

 

   Analizin şərhi zamanı aşağıda sadalanan xüsusiyyətlərə  fikir vermək lazımdır:

    5% sağlam insanlarda analiz göstəriciləri referens normalarından kənara çıxır. Digər tərəfdən pasientdə qan analizin mühüm dəyişikliklər ola bilər,ancaq bu dəyişiklikləri qəbul olunan normalardan kənara çıxmır. Bu səbəbdən testin nəticələri hər pasient üçün fərdi olaraq izah olunmalıdır. Qan analizinin göstəriciləri cinsdən, yaşdan, irqdən və s. kimi göstəricilərdən asılıdır.

Saglamaile.az-a müraciət edərək laboratoriyamızda analiz verib düzgün nəticələr əldə edə bilərsiniz.

  • Analizdən 24 saat əvvəl alkoqol qəbul etməmək
  • Analizə 2 saat qalmış qida qəbul etməmək (təmiz, qazsız su içmək olar). Körpə uşaqlarda növbəti qidanın verilməsindən öncə analiz vermək lazımdır.
  • Analiz verməzdən 30 dəqiqə qabaq fiziki və emosional gərginliyi aradan götürmək
  • Terapevtik və cərrahiyyə stasionarlara hospitalizasiya zamanı mütləq müayinə
  • Anemiyaların diaqnostikasında
  • İltihabi və infeksion xəstəliklərin diaqnostikası zamanı
  • Qan xəstəlikləri zamanı
  • Olunan müalicənin monitorinqi və müxtəlif xəstəliklərin gedişatinı öyrənilməsi məqsədi ilə

Hemoqlobin konsentrasiyasının dəyişilməsi ilə müşayiət olunan xəstəliklər və vəziyyətlər aşağıdakılardır:

Hemoqlobin konsentrasiyasının artması

 

Hemoqlobin konsentrasiyasının azalması

Birincili və ikincili eritrositozlar (tənəffüs və ürək-damar sisteminin xəstəliklərində, böyrəklərin polikistozu zamanı)

 

Eritremiya Dehidratasiya(diareya,qusma,həddindən tərlənmə, diabet, yanıqlarda, peritonitlərdə

 

Haddindənən artıq fiziki gərginlik və həyəcan

 

Uzun müddət hündür yüksəkliklərdə olması

 

Siqaret çəkmə(funksional cəhətdən qeyri aktiv HbCO əmələ gəlməsi)

 

 

Bütün növ anemiyalar ilə bağlı:

Qan itkiləri

 

Qan əmələgəlmə funksiyasının pozulması

 

Qanın parçalanmasının artması

 

Hiperhidrotasiya

 

 

 

Hematokrit səviyyəsi yuxarıdır

Hematokrit səviyyəsi aşağıdır

Eritrositozlar:

-Birincili(eritremiya)

-Müxtəlif genezi olan hipoksiyalar

-Eritropoetinin həddindən artıq ifrazatı ilə müşayiət olunan böyrək törəmələri.

-Böyrəklərin polikistozu və hidronefrozu zamanı

-Dövrə edən plazma həcminin azalması (yanıqlarda,peritonitlərdə və s.)

-Dehidratasiyalarda

 

Anemiyalar:

Dövrədə olan qanın həcmi artması

-Hamiləlik zamanı(ikinci üçayliq)

-Hiperproteinemiyalar

-Hiperhidratasiya

-Hematokritin dəyişilməsi ilə müşayiət olunan xəstəliklər və vəziyyətlər

 

 

 

Aşağıdakı vəziyyətlərdə  eritrositlərin miqdarı yüksək olur:

Əsas patogenetik qruppalar

Kliniki formaları

Mütləq eritrositozlar:

birincili

 

ikincili(simptomatik)

-hipoksiya ilə əlaqəli

 

 

 

-eritropoetinin həddindən artıq ifrazatı ilə əlaqəli

 

 

 

----Orqanizmdə həddindən artıq adrenokortikosteroidlərin və androgenlərin əmələ gəlməsindən

 

Nisbi eritrositozlar

 

 

Qanın qatılaşmasından və plasentar transfuziya nəticəsi olaraq qarışıq eritrositoz

 

 

Eritremiya

Ağ ciyər xəstəlikləri,ürək qüsurları,anomal hemoqlobinlərin əmələ gəlməsi,yüksək fiziki gərginlik, uzun müddət hündür yüksəkliklərdə olması,piylənmə

 

Böyrəklərin parenximasının kanseri,böyrəklərin hidronefrozu və polikistozu,qara ciyər parenximasının kanseri,xoş xassələ ailəvi eritrositoz

 

Kuşinq sindromu,feoxromasitoma,

Hiperaldosteronizm

 

 

Dehidrotasiyalarda,emosional gərginlik,alkoqolun qəbulu,hipertenziya

 

Yenidoğulmuşların fizioloji eritrositozlar.

 

   Eritrositlərin miqdarının aşağı olması – müxtəlif növ anemiyalar zamanı, hiperhidrotasiya zamanı müşahidə olunur.

 

İlk növbədə MCV anemiyaların tipinin müəyyən edilməsində istifadə olunur:

                     MCV  yuxarı olması:

                        MCV aşağı olması

-B12 vitamin defisitli və fol turşusu defisitli anemiyalarda

-Aplastik anemiyalarda

-Qara ciyər xəstəlikləri

-Hipotireoz

-Autoimmun anemiyalar

-Siqaret çəkmə və alkoqolun qəbulu.

 

-Dəmir defisitli anemiya

-Xroniki xəstəliklər zamanə anemiyalar

-Talassemiya

-Hemoqlobinopatiyalar zamanı bəzi anemiyalar

 

 

  MCH yuxarı olması (hiperxromiya) – meqaloblast (B12 və fol turşusu) anemiyalarda, xroniki hemolitik anemiyalarda, kəskin qan itkilərdən sonra hipoplastik anemiyada, hipotireozda, qara ciyər xəstəliklərində, bəd xassəli törəmələrdə metastazların olması zamanı, sitostatiklərin və kontraseptivlərin qəbulundan sonra, qıcolma əleyhinə preparatlardan sonar və s. hallar zamanı müşahidə olunur.

   MCH aşağı olması (hipoxromiya) - mikrositar anemiyalar, o cümlədən dəmir defisitli, xroniki xəstəliklər zamanı anemiya, talassemiya bəzi hemoqlopinpatiyalarda, qurğuşunla

            MCHC dəyişilməsi müşayiət olunan xəstəliklər və vəziyyətlər:

                              Yüksəlməsi

MCHC aşağı olması <31g/dl

Hiperxrom anemiyalar

-Sferositoz,ovalositoz

 

 

-Su-duz mübadiləsinin hiperosmolyar pozulmaları.

Hipoxrom anemiyalar

-Dəmir defisitli

-Sideroblast

-Talassemiyala

Su-duz mübadiləsinin hipoosmolyar pozulmaları

 

 

Göstəricilər

MCV normadan aşağı

(mikrositar)

MCV normada

(normositar)

MCV normadan yuxarı

(makrositar)

RDW normada

(homogen)

 

 

RDW normadan yuxarı

(heterogen)

b-Talassemiya

 

Xroniki xəstəliklər

 

 

Dəmir defisiti

-Xroniki xəstəliklər

-Kəskin qan itkisi

-Hemolitik anemiya(krizdən kənar

-Dəmir və vitamin çatışmamazlığı

-Hemoqlobinpatiyalar

-Miyelodisplastik sindromu

-Miyelofibroz

Qara ciyər xəstəlikləri

-Aplastik anemiyalar

-B 12- və fol turşusu çatışmamazlığı

-Hemolitik kriz

-Eritrositlərin agglutinasiyası

-Leykositoz>50.0*10^9/l

 

 

             Retilulositlərin artması

          Retikulositlərin azalması

Qan axma və ya eritrositlərin parçalanması (3-6 dəfə yüksəlir)

Hemolitik anemiyalar (300%-a qədər)

B12 vitaminin çatışmamazlığının müalicəsi (müalicənin 5-8-ci günə olan retilositar kriz (200%-ə qədər yüksələ bilər.

Dəmir tərkibli preparatları ilə dəmirdefisitli anemiyanın effektiv müalicəsi(8-12-ci gün)

Talassemiya

Malyariya

Digər hematoloji xəstəliklər(polisetemiya,sümük iliyinə olan kanser metastazları)

Kəskin oksigen  çatışmamazlığı.

 

Aplastik anemiya

Hipoplastik anemiya

Müalicə olunmamış B12 defisitli anemiya.

Qan yaranma orqanların autoimmun xəstəlikləri.

Alkoqolizm

Kanserin sümüyə olan metastazları

Miksedema

Böyrək xəstəlikləri

 

 

Trombositlərin konsentrasiyası yuxarı olması:

 

Trombositlərin konsentrasiyası aşağı olması:

 

-fiziki gərginlik

-kəskin və xroniki iltihab xəstəlikləri

-hemolitik anemiyalar

-kəskin və xroniki qan itkisi nəticəsi kimi olan anemiyalar

-cərrahi əməliyyatlardan sonrası vəziyyətlər

-splenektomiyadan sonrakı vəziyyət

-onkoloji xəstəliklər,o cümlədən hemoblastozlar

 

-hamiləlik

-B12 vitamin və fol turşusu çatışmamazlığı

-aplastik anemiyalar

-virus və bakterial infeksiyalar

-trombositlərin əmələ gəlmə funksiyasını əks təsir göstərən dərman preparatları

-irsi trombositopeniyalar

-splenomeqaliya

-autoimmun xəstəliklər

-keçirdiyi iri hemotransfuziyalardan sonrakı vəziyyət.

 

                      MPV göstəricinin dəyişilməsi ilə müşayiət edilən xəstəliklər

MPV artıb

MPV azalıb

İdiopatik trombositopenik purpur

Bernar-Sulye makrositar trombositodistrofiya

Mey-Haqlin anomaliyası

Posthemorragik anemiyalar

Viskott-Oldriç sindromu

 

Leykositlərin miqdarı dəyişilməsi ila olan xəstəliklər və vəziyyətlər.

               Leykositoz (leykositlərin artması)

              Leykopeniya (leykositlərin artması)

Yoluxucu   xəstəliklər (bakteriya, göbələk, virus və s.)

 

İltihab vəziyyətlər

 

Bədxassəli törəmələr

 

Travmalar

 

Leykozlar

 

Uremiya

 

Adrenalin və steroid hormonların təsiri

*Sümük iliyinin aplaziya və hipoplaziyası

*Sümük iliyinin kimyəvi prepararlarnan və dərmanlarnan zədələnməsi

*Hipersplenizm(birincili və ikincili)

*Kəskin leykozlar

*Miyelofibroz

*Miyelodisplastik sindromlar

*Plazmositoma

*Yenitörəmələrin sümük iliyinə olan metastazları

*Addison-Birmer xəstəliyi

*Sepsis

*Tif və paratif

*Anafilaktik şok

*Kollagenozlar

*Dərman preparatların istifadəsi nəticəsində (sulfanilamid antibiotiklər, qeyri steroid iltihab əleyhinə preparatlar, tireostatiklər, epilepsiya əleyhinə preparatlar, qıcolma əleyhinə preparatlar)

 

    Neytrofillərin dəyişilməsi ilə olan xəstəliklər və vəziyyətlər

                             Neytrofilyoz

                          Neytropeniya

Kəskin bakterial infeksiyalar:

-lokal(absess,osteomiyelit,kəskin appendisit,kəskin otit,pnevmoniya,kəskin piyelonefrit, salpingit,meningit(irinli və vərəmli),tonzillit,kəskin xolesistit,tromboflebit və s.)

-yayılmış(sepsis,peritonit,plevral empiyema,skarlatina,vəba və s.)

Toxumaların iltihabı və nekrozu

-miokardın infarktı,iri yanıqlar,qanqrena,tez böyüyən bədxassəli yenitörəmə(dağılmasında),

düyünlü periarteriit,kəskin revmatizm.

Ekzogen intoksikasiyalar

-qurguşun,ilən zəhəri,vaksinalar(özgə zülal),bakterial

Endogen intoksikasiyalar

-uremiya,diabetik asidoz,podaqra,eklampsiya,Kuşinq sindromu

Dərman təsiri

-kortikosteroidlər,heparin,asetilxolin)

Miyeloproliferativ xəstəliklər(xroniki miyeloleykoz,eritremiya)

Kəskin hemorragiyalar

Keçirilən operativ müdaxilələrdən sonra

Digər(stress,fiziki gərginlik)

Bakterial infeksiyalar (tif,paratif,tulyaremiya,bruselyoz,kəskin bakterial endokardit,miliar vərəm)

Virus infeksiyaları(infeksion hepatit,qripp,qızılca,məxmərək)

Miyelotoksik təsiri və granulositlərin supresiyası:

-ionlaşmış şualanma

-kimyəvi aqentlər(benzol,anilin və s.)

-sitostatiklər və immundepressantlar

-B12 vitamin və fol turşusunun çatışmamazlığı

-kəskin leykoz,aplastik anemiya

İmmun aqranulositoz:

-hapten(dərman preparatlarına hiperhəssaslıq)

-autoimmun(qurd eşənəyi,revmatoid artrit,xroniki limfoleykoz)

-izoimmun(yenidoğulmuşlarda,posttransfuzion)

Toxumalarda yenidən bölmə və sekvestrasiyası:

-anafilaktik şok

-müxtəliv mənşəli splenomeqaliya

İrsi formalar(siklik neytropeniya,ailəvə hoş xassəli xroniki neytropeniya,Kostmann neytropeniyası.

Yaşlı və zəif insanlarda uzun müddətli infeksiyalardan sonra.

Dərman prepatları:

-Antibiotiklər,virus əleyhinə preparatlar,psixotrop,

antihistamin,qıcolma əleyhinə preparatlar,qeyri steroid iltihab əleyhinə preparatlar.

-Anemiyalar

-Tireotoksikoz

       Eozinofiliya- qanda eozinofillərin artmasıdır. Ən çox eozinofiliya ilə parazitar xəstəliklər və atopik allergiyalar müşahidə olunur.  Qurd invaziyası uzunmüddətli eozinofiliyanın səbəbi ola bilər.

Əsas səbəblər

Kliniki formalar

Allergik xəstəliklər

 

Parazit invaziyası

 

 

Yörəmələr

 

 

İmmunçatışmazlıqlar

Birləşdiricitoxumaların xəstəlikləri

 

Bəzi yoluxucu xəstəliklərin kəskin fazalarında

 

Ağ ciyər xəstəlikləri

Bronxial astma, dəhliz qızdırma,  allergik dermatit, dərman allergiyası

Askaridoz,toksokaroz,trixinellyoz,exinokokkoz, şistosomoz,filyarioz,strongiloidoz,opistorxoz,ankilostomidoz,lyamblioz

Hemoblastozlar(kəskin leykozlar,xroniki miyeloleykozlar,eritremiyalar, limfomalar,limfogranulematoz),digər şişlər (xüsusilə metastaz və nekroz ilə)

Viskott-Oldriç sindromu

Düyünlü periarteriit,revmatoid artrit

 

 

Su çiçəyi,vərəm,mononukleoz,qonoreya

 

 

 

Sarkoidoz,ağ ciyərin eozinofil pnevmaniyası, Lanqerhans hüceyrələrdən olan histiositoz,eozinofil plevrit,eozinofilli infiltrat(Lefler xəstəliyi)

 

    Eozinopeniya - qanda eozinofillərin miqdarı azalması. Əməliyyat sonrası eozinofillərin miqdarı azalması xəstənin ağır vəziyyətdə olmasından xəbər verir. Eozinopeniya  ağır irinli infeksiyalar, şok vəziyyətləri və ağır metallarna olan zəhərlənmələr üçün xasdır.

    Bazofiliya - qanda bazofillərin artması. Bazofiliya aşağıdakı xəstəliklərdə və vəziyyətlərdə ola bilər:

Qidaya, dərmanlara, orqanizmə yad olan zülalların daxil olmasına qarşı allergik reaksiyalarda, xroniki miyeloleykoz, miyelofibroz, eritremiya, limfoqranulematoz, xroniki xoralı kolit, qalxanvari vəzinin hipofunksiyası, estrogen ilə müalicə və s. Həmçinin bazofiliya miksedema, ovulyasiya, hamiləlik vaxtında da dəmir çatışmamazlığı ilə, mənşəyi tapılmayan anemiyalarda, həqiqi polisetemiyalarda, bəzi hemolitik anemiyalarda, splenektomiyadan sonra qeyd oluna bilər.

Limfositlərin dəyişilməsi ilə gedən xəstəliklər və vəziyyətlər

Limfositoz – limfositlərin miqdarının artmasıdır.

 Limfopeniya – limfositlərin miqdarının azalmasıdır.

                      Mütləq limfositoz

                   Mütləq limfopeniya

Virus infeksiyası

Kəskin yoluxucu limfositoz

Göy öskürək

İnfeksion mononukleoz

Kəskin viruslu hepatitlərdə

Sitomeqalovirus infeksiyası

Limfatik sistemin xəstəlikləri:

Xroniki limfoleykoz

Valdenstrem makroqlobulinemiyası

Ağır zəncirlərin xəstəliyi

Bəzi dərman preparatların təsiri:levodopa,fenitoin,valproik turşusu,narkotik analqetiklər.

Tetraxloretan,qurğuşun,arsen,karbon disulfid ilə ağır zəhərlənmələr.

Pansitopeniya

Kortikosteroidlərin,sitostatiklərin qəbulu

Ağır virus xəstəlikləri

Bədxassəli yenitörəmələr

İkincili immun çatışmamazlıqları

Böyrək çatışmamazlıqı

Qan dövranın çatışmamazlıqı

Aplastik anemiyalar

Limfanı bağırsaqdan itirilməsi

Sistemli qurd eşənəyi

Rentgen şualanma

Onkoloji xəstəliklərin terminal fazası

Miliar vərəmi

Limfoqranulematoz

Monositoz mümkün olan xəstəliklər və vəziyyətlər:

Əsas səbəblər

Kliniki formalar

İnfeksiyalar

 

 

 

Qranulematozlar

Qan xəstəlikləri

 

 

Kollaqenozlar

Septik endokardit, kəskin infeksiyalardan sonra sağalması, viruslu (infeksion mononukleoz),  göbələkli, rikketsioz və protozoy infeksiyalar (malyariya, leyşmanioz, kala-azar)

Vərəm, sifilis, bruselyoz, sarkoidoz, xoralı kolit, enterit

Kəskin monoblast və miyelomonoblat leykoz, xroniki monositar, miyelomonositar və miyeloleykoz, limfoqranulematoz

 

Sistemli qurd eşənəyi,revmatoid artrit,düyünlü periarteriit.

 

                             EÇS artıb

                          EÇS ləngiyir

Hamiləlik,doğuşdan sonrakı dövr,menstruasiyalar

Müxtəlif etiologiyası olan iltihabi xəstəliklər

Paraproteinemiyalar(çoxsaylı miyelomalar,Valdenstrem xəstəliyi)

Yenitörəmələr xəstəlikləri(karsinoma,sarkoma,kəskin leykoz,limfoqranulematoz,limfoma)

Birləşdirici toxumaların xəstəlikləri

Qlomerulonefrit,böyrəklərin amiloidozu,uremiya

Ağır infeksiyalar

Miokardın infarktı

Hipoproteinemiyalar

Anemiyalar

Hipo- və hipertireoz

Daxili qanaxmalar

Hiperfibrinogenemiya

Hiperxolesterinemiya

Hemorragik vaskulit

Revmatoid artrit

Dərmanların təsiri:morfin,dekstran,metildofa,A vitamini.

Eritremiya və reaktiv eritrositozlar

Qan dövranın aşkar çatışmamazlığı

Epilepsiya

Oraqvai anemiya

Hemoqlobinpatiya C

Hiperproteinemiya

Hipofibrinogenemiya

Viruslu  və mexaniki hepatitlər(qanda öd turşuların toplanması nəticəsində)

Nevrozlar

Kalsiy xloridin,salisilatların və civə preparatların qəbulu.