Follikul stimuləedici hormon (FSH) hipofizin qlikoproteid qonadotrop hormonudur.  Kişilərdə spermatogenezin, qadınlarda isə follikulların inkişafını stimulə edir.

Qonadoliberin, cinsi hormonlar və inhibin  təsiri altında hipofizin ön payında sintez olunur. FSH qana 1-4 saatlıq intervallarla buraxılır.  Bu zaman qanda FSH səviyyəsi 1,5-2,5 dəfə artır. Belə artım 15 dəqiqə davam edir.  Fəsildən asılı olaraq hormonun miqdarı qanda dəyişir.  Kişilərdə FSH yayda daha yüksək olur.

LH/FSH nisbəti vacib göstəricidir. Normada menarxeyə qədər  1-ə bərabər olur. Menarxedən 1 il sonra 1-1,5 arası, 2 il sonradan menopauzaya qədər isə 1,5-2 arasında dəyişir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Müayinədən 3 gün əvvəldən fiziki gərginlik,  bilavasitə müayinə öncəsi psixoemosional gərginlik və alkoqol qəbulu olmamalıdır.
  • Müalicə həkimi tərəfindən başqa cür qeyd edilməmişdirsə menstrual tsikli olan qadınlarda analiz tsiklin 2-4cü günündə yoxlanılır.
  • Libido və potensiyanın  azalması
  • Sonsuzluq
  • Anovulyasiya
  • Oliqomenoreya və amonereya
  • Disfunksional uşaqlıq qanaxması
  • Düşüklər
  • Böyümənin ləngiməsi
  • Yumurtalıqların polikistozu sindromu
  • Endometrioz
  • Daxili cinsiyyət orqanlarının xroniki iltihabı
  • Hormon terapiyasının effektliyinin izlənilməsi
  • Vaxtından öncə cinsi inkişaf

FSH səviyyəsinin yüksəlməsi

  • Birincili hipoqonadizm
  • Hipofizin bazofil adenoması
  • Yumurtalıqların endometrial kistası
  • Svaer sindromu
  • Turner sindromu
  • Testikulyar feminizasiya
  • Disfunksional uşaqlıq qanaxması
  • Siqaretçəkmə
  • Rentgen şüalarının təsiri
  • Böyrək çatışmazlığı
  • Seminoma
  • Rilizinq-hormon, ketokonazol, levodopa, nafarelin, nalokson, fenitoin, pravastatin, tamoksifen kimi preparatların qəbulu

FSH səviyyəsinin azalması

  • Ikincili amenoreya
  • Hipofizar nanizm
  • Şixan sindromu
  • Simmonds xəstəliyi
  • Marfan sindromu
  • Hiperprolaktinemiya
  • Yumurtalıqların polikistozu sindromu (atipik forma)
  • Aclıq
  • Piylənmə
  • Cərrahi müdaxilə
  • Qurğuşun təsiri
  • Anabolik steroidlər, buzerelin, karbamazepin, megestrol, peroral kontraseptivlər,  stanazol kimi preparatların qəbulu