Sərbəst T3

23 Azn

Sərbəst T3 (triyodtironin) qalxanabənzər vəzi tərəfindən siztez olunan hormondur. Toxumalar tərəfindən oksigenin mənimsənilməsi və maddələr mübadiləsini stimulə edir. T3-ün çox hissəsi orqanizmdə zülallarla birləşmiş şəkildə, az bir hissəsi (0,2-0,5%)  isə sərbəst şəkildə olur və qanda dövran edir.

T3 T4-dən daha aktivdir, lakin qanda miqdarı daha azdır. Qaraciyərdə A vitamini sintezini stimulə edir.  Qanda xolesterin və triqliseridlərin miqdarını azaldır, zülal mübadiləsini tezləşdirir.  Kalsiumun sidiklə ekskresiyasını sürətləndirir, sümük toxuması mübadiləsini aktivləşdirir. Ürəyə müsbət xrono- və inotrop təsiri vardır.

11-15 yaşında T3 konsentrasiyası yetkin insanlardakı səviyyəyə çatır. Hamiləlik zamanı I trimestrdən III trimestrə T3-ün miqdarının azalması müşahidə olunur. Doğuşdan 1 həftə sonra artıq miqdarı normallaşır. Ümumilikdə qadınlarda kişilərə nisbətən miqdarı 5-10% daha aşağı olur.  Sərbəst T3 miqdarı fəsildən asılı olaraq dəyişir – maksimal səviyyə sentyabr-fevral, minimal səviyyə yay ərəfəsinə təsadüf edir.

  • Analizlər dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
  • Səhər 8-14 saat aclıqdan sonra analiz verilməlidir (su içmək olar)
  • Yüngül qida qəbulundan 4 saat sonra analiz verilə bilər.
  • Dinamikanın kontrolu üçün analiz həmişə eyni  vaxtda verilməlidir.
  • Qalxanabənzər vəziyə olan hər-hansı bir müdaxilə analizin nəticəsinə təsir edə bilər
  • Qalxanabənzər vəzi xəstəliklərinin differensial diaqnostikası
  • İzolə olunmuş T3 toksikozunun kontrol müayinəsi

T3 səviyyəsinin artması: 

  • Tireotropinoma
  • Toksik ur (zəhərli zob)
  • T3 toksikozu ( izolə olunmuş)
  • Tireoiditlər
  • Tireotoksik  adenoma
  • Tireoid hormonlarına rezistentlik sindromu
  • TSH asılı olmayan tireotoksikoz
  • Doğumdan sonra yaranan qalxanabənzər vəzin disfunksiyası
  • disfunksiyası
  • Xoriokarsinoma
  • Mieloma İg G yüksək səviyyədə
  • Nefrotik sindrom
  • Hemodializ
  • Qaraciyərin xroniki  xəstəlikləri

T3 səviyyəsinin azalması:

  • ağır (qeyri-tireoid) Somatik və psixiki xəstəliklər
  • Orqanizmin ağır xəstəlikdən sonra bərpası zamanı
  • Birincili,ikincili və üçüncülü  hipotireoz
  • Zülal pəhrizi və az kalorili pəhriz
  • Qadınların ağır fiziki yük
  • Bədən çəkisinin itirilməsi
  • Amiiodaron qəbulu,yüksək dozada propranolol,yod tərkibli rentgenkontrast maddələr
  • Kompensə olunmamış birincili böyrəküstü vəzi çatışmazlığı