Tireoqlobulin

34 Azn

Tiroqlobulin qalxanabənzər vəzinin   karsinomasının müalicəsinin monitorinqində onkomarker kimi istifadə olunan qlikoproteindir.

Diqqət: Analiz aparılan müalicə və  ya tireoektomiyadan ən azı 6 həftə sonra analiz verilməlidir. Həmçinin əgər biopsiya və ya qalxanabənzər vəzinin skanı olunubsa Tiroqlobulin prosedurdan öncə ölçülməlidir. Qanda tiroqlobulinin səviyyəsi 3 əsas faktordan asılıdır.

  1. Qalxanabənzər vəzinin differensasiya olunmuş toxumasının ümumi kütləsindən
  2. Qalxanabənzər vəzidə iltihab və ya zədələnmə olmasından
  3. Tireotrop hormon reseptorlarına olan stimuləedici təsirin miqdarından

Tiroqlobulinin səviyyəsinin yüksəlməsi qalxanabənzər vəzinin disfunksiyasının əlamətidir.

Diqqət!

Laboratoriyalararası tiroqlobulinin səviyyəsinin təyin olunmasında fərqlər vardır ona görə də müalicənin monitorinqi eyni laboratoriyada və eyni üsulla yoxlanmalıdır. Tiroqlobulin nəticəsinə Anti-TQ təsir edə bilər, ona görə paralel olaraq Anti-TQ də ölçülməlidir. Antitellərin olması tiroqlobulinin səviyyəsinin süni azalmasına gətirib çıxara bilər ki, bu halda nəticələr çox diqqətlə interpretasiya olunmalıdır. Tireosupressor müalicə alan pasiyentlərdə tiroqlobulin müayinəsi güvənli olmaya bilər.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz səhər acqarna verilməlidir. (8-14 saat gecə aclığı olmalıdır). Su içmək olar. Yüngül qida qəbulundan 4 saat sonra verilməsi məqbuldur.
  • Analiz qalxanabənzər vəzinin skan və biopsiyasından öncə aparılmalıdır. Kontrol zamanı əməliyyatdan və ya 131I terapiyasından 6 həftə sonra aparılmalıdır.
  • Qalxanabənzər vəzin karsinomasının müalicəsinin monitorinqi
  • Süni tireotoksikozun diaqnostiaksı
  • Uşaqlarda anadangəlmə hipotireoidozmin etiologiyasının aydınlaşdıırlması
  • Tirreoiditlərin aktivliyinin qiymətləndirilməsi
  • Yod defisiti statusunun populyasiyada müayinəsi

Tiroqlobulinin yüksəlməsi

  • Hipertireoidizm
  • Yarımkəskin tireodit
  • Xoşxassəli adenoma
  • Tireod follikulyar və papilyar karsinoma