Hipofizin ön payının bazofil hüceyrələri ilə ifraz olunan qlikoproteindir.TSH ifrazı tireotrop hipotalamik relizinq-faktor, somatostatin,biogen aminləri və tireoid hormonların nəzarətı altında keçir.Qalxanabənzər vəzinin vaskuolarizasiyanı gücləndirir.Yodun plazmadan qalxanabənzər vəzinin hüceyrələrinə keçməsini artırır,tireoqlubulin sintezini stimullaşdırır,və ondan T3 və T4 ayırmasını təmin edir.TSH tireoid hormonların formallaşmasının və ifrazın bütün mərhələlərinə stimullaşdırıcı təsir göstərir.Lipolizi gücləndirir.Sərbəst Tiroksin(Free T4) və TSH konsentrasiyaları arasında əks loqarifm asılılığı var.TSH ifrazı üçün sutkalıq dəyişməsi xasdır.Maksimal konsentrasiyası gecə 2-4 və səhər 6-8 saat arası,minimal konsentrasiyası isə axşam 17-18 arası qeyd olunur.Qecə oyaq olandan sonra normal ifraz ritmi pozulur. Hamiləlik vaxtında hormonun konsentrasiyası artır.Yaş keçdikcə TSH konsentrasiyası cuzi artır,gecə vaxtı hormonun çıxması azalır.

TSH qalxanabənzər vəzinin hormonları(tiroksin və triyodtironin) ifraztını tənzimləyir.Tireoid hormonların konsentrasiyasının azalması tireotrop hormonun ifrazatını artırır və onların qalxanabənzər vəzi tərəfindən əmələ gəlməsini stimullaşdırır,və əksinə tiroksin və triyodtironin konsentrasiya artması tireotrop hormonun ifrazı azalır.Qalxanabənzər vəzinin hormonları orqanizmdə enerji sərfiyyatının əsas tənzimçiləridir,onların lazım olan səviyyədə konsentrasiyası bütün orqanların normal fəaliyyəti üçün çox vacibdir.

Hipofizin disfunksiyası tireotrop hormonun həm artması həm azalmasını törədə bilər.Konsentrasiyanın artması tireoid hormonların qana anomal miqdarda çıxması ilə nəticələnir,və hipertireoz vəziyyətin əmələ gəlməsinə gətirib çıxarır.Tireotrop hormonun konsentrasiyanın azalması nəticəsində tireoid hormonların ifrazı da azalır və nəticədə hipotireoz əlamətləri peyda olur.

Tireotrop hormonun əmələ gəlməsinin pozulmasının səbəbi hipotalamusun xəstəlikləri də ola bilər.Bu hipotalamusun yüksək və ya aşağı səviyyədə tireotrop hormonun  hipofiz tənzimləyicisi olan tiroliberin ifraz olunması nəticəsində olur.

Hipotireoz zamanı TSH səviyyəsi artır.Diaqnoz Sərbəst T4,T4,T3 hormonların aşağı konsentrasiyaları ilə təsdiqlənir.Subklinik,yüngül keçən hipotireoz zamanı Sərbəst T4 və T4 konsentrasiyası norma daxilində olur.Bu zamanTSH səviyyəsinin artması həlledici əhəmiyyət daşıyır.Hipotireoz zamanı TSH aşağı olması hipofiz ya hipotalamusun çatışmamazlığından xəbər verir,və qalxanabənzər vəzinin funksiyasının ilkin pozulmasını inkar edir.

Yaş

TSH səviyyəsi, 
IU/l

Yenidoğulmuş

1-4 gün

Hestasiyanın 28-36 həftə arası doğulanlar

1,1 - 17,0

1,0 - 39,0

0,7 – 27

< 2,5 ay

0,6 - 10,0

2,5 ay - 14 ay

0,4 - 7,0

14 ay- 5 il

0,4 - 6,0

5 - 14 il

0,4 - 5,0

> 14 il

0,4 - 4,0

Hamilələr I trimestr

0,1 -2 ,5

Hamilələr II trimestr

0,2 - 3,0

Hamilələr III trimestr

0,3 – 3,0

 

Tireotrop hormonun səviyyəsi hipofiz-qalxanabənzər vəzi olan sistemində son 3-6 həftə ərzində olan dəyişikləri əks etdirir.Ona görə də TSH kontrol ölçməsi hormon səviyyəsinin dəyişə bilən prepatların doza korreksiyadan 2 ay sonra məsləhət görülür.

  •  8-14 saatlıq ac qalmadan sonra səhər götürülməsi məsləhət görülür(su içmək olar).Günorta vaxtı axırıncı yemək qəbulundan 4 saat sonra götürmək olar.Dinamikada kontrol məqsədi ilə müayinəni eyni vaxtda aparılması məsləhət görülür.
  • Müayinəyə 48 saat qalmış steroid və tireoid hormonların qəbulunu dayandırmaq lazımdır.
  • Müayinəyə 24 saat qalmış həddindən artıq fiziki və emosional gərginliyi aradan qaldırmaq lazımdır.
  • Müayinəyə 3 saat qalmış siqaret çəkmək olmaz.

-Gizli hipotireozun təyin edilməsi

-Aşkar olunan hipotireozun kontrol müayinələri(ildə 1-2 dəfə)

-Aşkar olunan diffuz toksiki ur zamanı kontrol müayinələr(1.5-2 il  ayda 1-3 dəfə)

-Uşaqlarda əqli və cinsi inkişafın ləngiməsi

-Ur

-Ürək aritmiyalar

-Miopatiya

-İdeopatik hipotermiya

 

 

 

-Depressiya

-Allopesiya

-Sonsuzluq

-Hiperprolaktinemiya

-Ürək döyüntüsünün artması

-Yüksək həyəcan

-Bədən kütləsinin azalması

-Yuxusuzluq

-Əllərin əsməsi

-Zəiflik,tez yorulma

-İshal

-Parlaq işığın dözməməliyi

-Görmənin zəiflənməsi

 

-Ödemlər

-Saçların tökülməsi

-Qadınlarda menstrual dövrün pozulması

-Göz ətrafında şişkinlik,onların quruması,hiperemiyası,şişidirilmiş olması

-Dərinin quru olması

-Qəbizlik

-Soyuqun keçirilməzliyi

-Amenoreya

-İmpotensiya

 

TSH səviyyəsinin yüksəlməsi

  • Qalxanabənzər vəzinin ilkin hipofunksiyası
  • Endemik ur
  • Qalxanabənzər vəzinin iltihabı
  • Yodterpayadan sonrakı vəziyyət
  • Qalxanabənzər vəzinin bədxassələ yenitörəmələr
  • Tirotropinoma
  • Hipofizin bazofil adenoması
  • TTH-ın ifrazatının tənzimlənməyən sindromu
  • Tireoid hormonlara rezistentlik sindromu
  • İlkin və ikincili hipotireoz
  • Yuvenil hipotireoz
  • Kompensasiya olunmayan ilkin böyrəküstü vəzinin çatışmamazlığı
  • Xaşimoto tireoiditi
  • Ağ ciyərlərin yenitörəmələr zamanı ektopik ifrazı.
  • Hipofizin yenitörəməsi
  • Ağır somatik və psixiki xəstəliklər
  • Ağır hestoz(pre-eklampsiya)
  • Xolisistektomiya
  • Qurğuşun ilə təmasda olması
  • Həddindən artıq fiziki gərginlik
  • Hemodializ
  • Bəzi dərman preparatları:qıcolma əleyhinə preparatlar(valproik turşusu,fenitoin,benzerazid), beta-adrenoblokatorlar(atenolol,metaprolol, propranolol),amiodaron,kalsitonin,neyroleptiklər (fenotiazin,aminoqlutemid),klomifen,motilium, metoklopramid,dəmir-sulfat,furosemid,yodidlər, rentgen-kontrast preparatlar,lovastatin,metimazol, morfin,difenin,prednizon,rifampisin

TSH səviyyəsinin azalması

  • Qalxanabənzər vəzinin ilkin hiperfunksiyası
  • Hipotalamo-hipofizar çatımamazlığı
  • Hipofizin yenitörəməsi
  • Hipofizin travması
  • Toksiki ur
  • Tireotoksik adenoma
  • TSH asılı olmayan tirotoksikoz
  • Hamiləlik vaxtında hipirtireoz və doğuşsonrası hipofizin nekrozu
  • T3-toksikoz
  • Latent tirotoksikoz
  • Autoimmun tireoidit zamanı tranzitor tirotoksikoz
  • T4 həkim msləhəti olmadan qəbulu
  • Hipofizin zədələnməsi
  • Psixoloji stress
  • Ac qalma,kaxeksiya
  • Qalxanabənzər vəzinin hormonların qəbulu
  • İsenko-Kuşinq sindromu
  • Bəzi dərman preparatları:asetilsalisil turşusu,heparin,anabolik steroidlər, kortikosteroidlər,sitostatiklər,beta-adrenomimetiklər(dobutamin,dopeksamin), dopamin,amiodaron(hipertireoid xəstələr),
  • tiroksin,triyodtironin,karbamazepin, somatostatin, oktreotid,nifedepin,hiperprolaktinemiyanın müalicəsi üçün istifadə olunan preparatlar(meterqolin,peribedil,bromkriptin)