Covid-19 İgG(spike protein)

30 Azn

Spayk zülalı SARS-COV-2 virusunun örtük qatını meydana gətirən 4 srtuktur zülaldan(S,E,M və N) biridir. SARS-COV-2 virusuna tacabənzər görünüşü verən həmin S zülalıdır, hansı ki krioelektron mikroskopda görülə bilir. S zülalının xüsusiyətlərindən biri də virusun hüceyrəyə daxil olmasında rol oynamasıdır ki bu onu yoluxucu edir.

İnfeksiyanın orqanizmə daxil olması ilə immun sistemimiz spesifik əkscisimlər və ya immunoqlobulinlər istehsal etməyə başlayır. S əkscisimlərinin təyini  xəstəlikdən və peyvənddən sonra yaranmış immun cavabın varlığını müəyyənləşdirməyə imkan verir.  

Qeyd: Analiz Semi quantitativ analiz olub , nəticələrdə ölçü vahidi olmur. 

Analizə gəlmədən öncə  2 saat müddətində qida qəbulu tövsiyyə  olunmur.
İmmun cavabın təyini üçün spayk zülalına qarşı İgG əkscisim analizinin vaksinasiyanın 1-ci mərhələsindən 42 gün keçdikdən sonra verilməsi  məsləhət görülür.

Covid -19 virusuna qarşı immunitetin yaranıb yaranmadığını və xəstəliyin keçirilib keçirilmədiyini bilmək üçün analiz istək edilir.

İgG immunitet göstəricisi olub nəticənin pozitib olması keçmişdə  Covid 19 virusuna məruz qalındığını göstərir. İgG antitelinin pozitiv səviyyəyə çatması simptomlar başladıqdan  10-14 gün sonra aşkar olunur . 

İgG nəticəsinin pozitiv olması eyni zamanda  immunitetin göstəricisidir və virusa təkrar yoluxmadan qorunmanı  göstərir. Lakin qorunma olsa da bunun hansı səviyyədə olacağı və hansı müddətdə qanda qalacağı hələ ki dəqiq məlum deyil.